Ərdoğan Azərbaycan prezidenti ilə telefonla danışıb

img

20-09-2023 [22:16]


Prezident Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb.

Mia.az TRT-yə istinadla xəbər verir ki, Ərdoğan həmkarı Əliyevdən Azərbaycanın başlatdığı əməliyyatla bağlı son vəziyyətlə bağlı məlumat alıb.

Görüşdə prezident Ərdoğan bir daha Əliyevə Türkiyənin Azərbaycana ürəkdən dəstəyini ifadə edib.

Ərdoğan və Əliyev iki ölkəni yaxından maraqlandıran regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Onu da qeyd edək ki, bu gün Qarabağda aniterror əməliyyatının dayandırılmasından sonra Paşinyanla Putin arasında da telefon danışığı olub.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA