QARABAĞDA ANTİTERROR ƏMƏLİYYATI: 60-dan çox döyüş mövqeyi nəzarətə götürüldü - MN-dən daha bir brifinq (YENİLƏNİB)
19-09-2023 [20:32]
Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər tərəfimizdən aparılan müşahidələrlə təsbit edilib:
"Sentybarın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bayan etmişdir ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.
Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.
Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.
Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb".
***
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dək hərbi təyinatlı avtomobil, 40-dək artilleriya qurğusu, 30-dək minaatan, 2 ədəd zenit-raket qurğusu, 2 ədəd "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirilib.
Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri birləşmələrinin 60-dan çox döyüş mövqeyi Silahlı Qüvvələrimizin nəzarətinə keçib.
***
Sentyabrın 19-da Müdafiə Nazirliyi tərəfindən media nümayəndələri üçün brifinq keçirilib.
Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov brifinqdə çıxış edərək bildirib:
"Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.
Tədbirlər zamanı Ermənistan silahlı qüvvələri birləşmələrinin 60-dan çox döyüş mövqeyi Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan artıq artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan artıq "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirilib.
Bəzi Ermənistan sosial media resurslarında guya bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar təxribat və dezinformasiya xarakteri daşıyır. Burada məqsəd ordumuzun imicinə xələl gətirmək və beynəlxalq ictimaiyyətdə lokal antiterror tədbirləri haqqında yanlış fikir formalaşdırmaqdır. Müdafiə Nazirliyinin rəsmi internet saytı və sosial media hesablarında yaydığımız videolardan da aydın görünür ki, bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflərə zərbələr endirilir.
Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı dəfələrlə müşahidə edilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bölmələrinin hədəfindən yayınmaq məqsədilə Ermənistan silahlı qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş texnikası və atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirib, eyni zamanda hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir.
Məlum olduğu kimi arsenalımızda ən müasir tələblərə cavab verən yüksək dəqiqliyə malik silah və döyüş texnikası mövcuddur. Peşəkar hərbi qulluqçularımızın bu silahlardan istifadə edilməklə hədəfə aldığı hərbi obyektlərin məhv edilməsi üzrə verilən tapşırıqlar bir çox hallarda məhz hərbi obyektdə mülki şəxslərin olması aşkar edildikdən sonra obyektin hədəfə alınması dayandırılıb.
Bir daha bildiririk ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş texnikasını yaşayış məntəqələrində və yaxud onların ətrafında yerləşdirməsinə baxmayaraq yüksək dəqiqliklə həyata keçirilən atəş nəticəsində yalnız uzunmüddətli atəş nöqtələri, döyüş texnikası və hərbi məqsədlər üçün istifadə edilən hərbi infrastruktur sıradan çıxarılır və zərərsizləşdirilir.
Qeyd etdiyim faktlarla bağlı ictimaiyyətə mütəmadi olaraq videomateriallar təqdim edilib və bundan sonra da təqdim ediləcəkdir.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq. Həmçinin ərazidə olan mülki şəxslərə qətiyyən onlara yaxın durmamağı və hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakerli bildirişlər səsgücləndirici və digər texniki vasitələrlə çatdırılır".
Brifinq zamanı media nümayəndələrinə videomaterial da təqdim edilib.
Ermənistanda dövlət çevrilişinə cəhd... - "Xaçlılar"la işbirliyinə girən 8 hərbi hissə komandiri saxlanılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
3 qırmızı kart, 3 qol - Şahruddin 2 qol buraxdı
"Fənərbağça" səfərdə "Alanyaspor"a aman vermədi
Qonaq komandanın qolları meydanı atəş çəmbərinə çevirdi - "Ayaks" - "Feyenoord" oyunu yarıda dayandı (FOTOLAR)
ƏLİYEVLƏ PAŞİNYAN GÖRÜŞƏCƏK - Məkan və tarix açıqlandı
Fransa bu ölkədəki səfiri ilə hərbçilərini çıxarır: "Bir neçə saata ölkəmizə dönəcəklər"
"Beşiktaş" geriyə düşdüyü oyunda qalib gəlib
Deputat Qənirə Paşayeva komaya düşüb - Prezidentin köməkçisi klinikaya getdi, TƏBİB-dən açıqlama (Yenilənib)
Zakir Həsənov yaralı hərbçiləri ziyarət etdi - VİDEO
Ərdoğan Naxçıvana gəlir - İlham Əliyevlə birgə İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməli atılacaq
Kəlbəcərdə mis yatağını istismar edən şirkətin ərazisində silah-sursat tapıldı - MN-dən açıqlama (VİDEO / FOTOLAR)
Müğənni: "Bakı Şəhəri Baş Polis idarəsinə gəlmişəm, söyüş yazan kim varsa..." - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramov BMT-də: "Bölgədə tərksilah davam etdikcə..." - "Ərazimizdə qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz"
ERMƏNİLƏR AĞDƏRƏDƏKİ EVLƏRİ YANDIRIR - MN görünrtüləri yaydı
Prezident İlham Əliyev Aİ rəsmisi ilə görüşdə: "Regionda daha yaxşı imkanlar yaranıb"
Prezident bu şəxslə bağlı sərəncam imzaladı - Təltif
Əli Əsədov nazir, komitə və Agentlik sədrlərini topladı: büdcə ilə bağlı müzakirə aparıldı
Təhsil Şobəsinə müdir təyin olunub
Dövlət domen adlarına bənzədilmiş saxta 52 domen bloklanıb
ERMƏNİLƏRİN TƏRK ETDİYİ DAHA BİR POST... - VİDEO/FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ermənilər silahlarını təhvil verir: 6 zirehli texnika, 800-dən çox atıcı silah və...
Ceyhun Bayramovla Lavrov ABŞ-da bir araya gəldi: "Hazırda Rusiya sülhməramlıları ilə koordinasiya edilərək..."
YALTAQLIĞIN ANATOMİYASI
Nyu-Yorkda TDT XİN başçılarının görüşü keçirilib
Buraxılış imtahanlarının proqramları açıqlandı - DETALLAR
"Siz Allah, icraçı direktorun bu çıxışına qulaq asın və..." - Aygün Əliyevanın "ikibaşlı çıxışı" narazılıq yaratdı (VİDEO)
Azercell-in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimipadasından nailiyyətlə vətənə dönüb
Rusiya donanmasının qərargahına raket zərbəsi endirilib - Qubernatordan sakinlərə xəbərdarlıq
Şuşada traktor minaya düşüb, yaralı var - Açıqlama (Yenilənib)
Prezidentin köməkçisi: “Azərbaycan yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırdır”
Kriştianu Ronaldo ərəblərin milli geyimində - FOTO
“Biz həmişə sizinləyik!” bədii-sənədli filmin İmişlidə təqdimatı keçirilib - FOTOLAR
Rəsmi Moskva Varşavaya "barmaq silkələdi": "Polşaya qarşı hazır vəziyyətdəyik, əgər hər hansı..."
Daxili İşlər Nazirliyindən xəbərdarlıq: "Bu mesajlara inanmayın!"