Bakı ilə Tehran arasında buzlar əriyir - TƏHLİL
15-09-2023 [15:47]
İran Azərbaycanla gərginliyin yumşaldılması, münasibətlərin normallaşması, regional çərçivədə səmərəli əməkdaşlıq rejiminə keçid üçün cəhdlər edir.
İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətinin Azərbaycana səfəri, sentyabrın 13-də müdafiə naziri Zakir Həsənovla İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri arasında baş tutan telefon danışığı, Baş prokuroru Kamran Əliyevin İran Baş prokuroru Mohammad Kazem Movahedi-Azadla danışması, İranın müdafiə naziri Məhəmməd Rza Aştiani pozitiv bəyanatları, İranın təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətibin İran-Azərbaycan münasibətləri ilə bağlı ölkə televiziyasına verdiyi müsahibə diqqət çəkir.
İraqa müdaxilə
Tehranın Azərbaycanla münasibətlərdə birdən-birə “U dönüşü” etməsi, əlbəttə ki, səbəbsiz deyil. İran Azərbaycandan özünə təhdid gözləsə də, hazırda real təhdidin şimaldan gəlməyəcəyini yaxşı bilir.
Tehran üçün hazırda real təhdid İraqdadır. Söhbət konkret İraq dövlətindən deyil, daxildəki PJAK başda olmaqla, digər terror təşkilatlarından gedir. Görünür, bu məsələ İran üçün ciddi başağrısına çevrilib.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, İraqın şimalındakı Kürd Muxtariyyəti ərazisində yerləşən müxalif təşkilatlara qarşı əməliyyat keçirilməsi mümkdür.
“İraq öz ərazisindəki silahlı terror qruplaşmalarını tərk-silah etməli, onları hərbi kazarmalarından evakuasiya edərək İraq hökumətinin nəzərdə tutduğu düşərgələrə köçürməlidir”, - Kənani bildirib.
İran bununla bağlı İraq hökumətinə sentyabrın 19-na kimi möhlət verib. Hətta müddətin uzadılmayacağı barədə xəbərdarlıq da edilib.
Əslində, İranın İraqda antiterror əməliyyatı keçirməsi yeni hadisə deyil. Ümumiyyətlə, Yaxın Şərqdə maraqlı olan qüvvələrin PJAK, PKK, PYD, YPG kimi terror təşkilatlarını maliyyələşdirməsi, öz maraqları naminə istifadə etməsi, ya da onlar üzərindən proksi müharibə aparması geniş yayılmış təcrübədir. İran özü də Hizbullah, Həşdi Şabi, HƏMAS, husilər və onlara bağlı digər kiçik qruplaşmaları maliyyələşdirir. Son zamanlar isə İranın özünə qarşı bu təcrübədən istifadə edilir.
Tehran bir müddətdir ki, İslam İnqilabı Keşikçiləri Korpusu vasitəsilə PJAK-la danışıqlara gedir, gərginliyi azaltmağa çalışırdı. Hətta yüksəkrütbəli SEPAH komandirləri ilə Pjak terror təşkilatının rəhbərləri arasında görüş belə keçirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntülər də yayıldı.
Görünən odur ki, hazırda SEPAH-ın rəsmiləri ilə PJAK arasında keçirilən görüşlər nəticəsiz qalıb və təhlükəsizlik elə bir səviyyəyə çatıb ki, Tehran əməliyyatlar variantını gözdən keçirir.
Hakan Fidanın “qırmızı xətti”
Türkiyənin xarici işlər naziri Hakan Fidanın İrana səfəri bir çox baxımdan diqqət çəkirdi. Lakin İranın İraqda əməliyyatlara başlamağa hazırlaşması səfərin əsas motivini gün işığına çıxarır.
Prinsip etibarilə İranın İraqda antiterror əməliyyatları keçirməsi Türkiyə üçün xüsusi risk kəsb etmir. Hətta Ankara və Tehran yaxın tarixdə bir neçə dəfə PJAK və digər terror təşkilatlarına qarşı ortaq əməliyyatlar keçirib.
Lakin Türkiyə İranın əməliyyatlar adı altında İraqda maraqlarına zərər vurmasını istəmir.
Mümkündür ki, Hakan Fidan Türkiyəyə səfəri zamanı Tehrana “qırmızı xətti” xatırladıb. Misal üçün, Hakan Fidanın Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında Kərküklə bağlı məqama toxunması bu məsələnin Ankaranın “qırmızı xətlərindən” olduğunu göstərir.
Bütün bunlara baxmayaraq, Ankara və Tehranın razılığa gəldiyini demək olar. Yəni Türkiyə İranın İraqda əməliyyatlar keçirməsinə mane olmayacaq, lakin Ankaranın bunun müqabilində Tehrandan gözləntiləri var.
Cənubi Qafqazda gərginlik
Yazının əvvəlində qeyd etdiyim kimi, Tehranın Azərbaycanla münasibətlərdə “U dönüşü” etməsi səbəbsiz deyil. Rəsmi Bakı Tehranın səmimiliyinə etibar etmir, lakin indiki məqamda İranla münasibətlərin normallaşması, ən azından buzların müvəqqəti əriməsi Azərbaycan üçün də vacibdir.
Sentyabrın əvvəli Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində törətdiyi təxribatdan sonra regionda gərginlik yenidən alovlandı. Ermənistan son günlər təxribatların intensivliyini artırıb. Bakı hələlik bu təxribatlara səbir nümayiş etdirir. Lakin aysberqin görünməyən tərəfi də var. Azərbaycan İranın başının İraqda qarışacağını bilir. Bundan başqa Ermənistanın ABŞ hərbçiləri ilə birlikdə təlimlər keçirməsi İranı narazı saldı. Rəsmi Bakı isə bundan ustaca istifadə etdi.
Mövcud Rusiya-Ermənistan gərginliyinin də davam etdiyini nəzərə alsaq, Azərbaycan Ermənistanı sülhə məcburetmə əməliyyatlarına başlaya bilər. Ermənistanın təxribatları davam etdirməsi fonunda bunun olacağını demək mümkündür.
Turan Rzayev
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rübəsi veriləcək - Yeni qanun
Sosial şəbəkədə narkotiki təbliğ edən şəxs həbs olunub
Bakıda 3 nəfər 27 kq narkotiklə tutulub
İRAN PULU DƏYƏRDƏN DÜŞDÜ, XALQ AYAĞA QALXDI - Mərkəzi Bank sədri istefa verdi, Prezident etirazçılara səsləndi (VİDEO, FOTOLAR)