Baş nazirin keçmiş mühafizəçisi öldü

img

01-06-2014 [15:20]


Türkiyəli iş adamı Ceyhun Başaran Moldovada yol qəzasında həlak olub. 

ANS PRESS-in məlumatına görə, Başaran Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbul bələdiyyə sədri olan zaman onun mühafizəçisi olub.

İstanbulun Sarıyer rayonunun Tarabya bölgəsində yerləşən "Hayrola Cafe” şəriklərindən biri olan iş adamı Ceyhun Başaran Moldovada keçirdiyi yol qəzası nəticəsində həlak olub.
Başaranın iş yoldaşı "Hayrola Cafe”nin işçisi Mehmet Alparslanın verdiyi məlumata görə, işlə əlaqədar Moldovada olan Ceyhun Başaran dünən qəzaya düşüb. 

Ceyhun Başaran bir müddət baş nazir Ərdoğanın qorunması ilə məşgul olub. Başaranın cənazəsi sabah Türkiyəyə gətirilib dəfn ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA