Nazir UNİCEF-in nümayəndəliyinin rəhbərini qəbul etdi

img

10-06-2014 [18:00]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardı fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla UNİCEF arasındakı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub.

Tərəflər həmçinin əməkdaşlığın bundan sonra da davam etdirilməsi üçün geniş imkanların olduğunu qeyd ediblər.

E. Məmmədyarov Azərbaycanla UNİCEF arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə M. Herevarda təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri isə Azərbaycanda onun fəaliyyəti üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib və Azərbaycandan xoş arzularla ayrıldığını qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA