Rəsmi Bakı: "Azərbaycan sülh sazişi ilə əlaqədar şərhlərini Ermənistana təqdim edib"

img

13-09-2023 [14:57]


“Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə əlaqədar olaraq Azərbaycan tərəfi qısa müddət ərzində öz şərhlərini Ermənistan tərəfinə təqdim edib.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan rəsmilərinin sülh sazişi ətrafında əsassız bəyanatları ilə bağlı suala cavab olaraq deyib.

O bildirib ki, Ermənistan mətbuatının yaydığı bu məlumatlar həqiqəti əks etdirmir və Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA