İSRAİL MEDİASINDAN TƏHLİL: “Azərbaycan - Ermənistan gərginliyi..."
11-09-2023 [09:36]
İsrailin nüfuzlu nəşrlərindən olan “i24news.tv” “Iran issues threatening message to Azerbaijan, adds warning: Israel, beware” (İran Azərbaycana təhdid mesajı verir, xəbərdarlıq da əlavə edir: İsrail, ehtiyatlı ol) adlı məqaləsində deyilir ki, İran Ermənistanla Azərbaycan arasında münaqişəni qızışdırır, İrəvana silah və dəstək verir.
İran Cənubi Qafqaz regionunda münaqişənin yeni mərhələsini fəal şəkildə alovlandırır. Avropa İttifaqı və ABŞ-ın himayəsi altında Azərbaycan və Ermənistan arasında aparılan barışıq səyləri fonunda İran son həftələr Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırmaq üçün səy göstərir və Hindistandan silah alışında vasitəçilik edir. Ermənistana hərbi dəstək verir.
İranın rəsmi mənbələrinin, xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi Telegram kanalının məlumatına görə, cümə günü, sentyabrın 8-də İran Quru Qoşunlarının bölmələri və ola bilsin ki, İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələri də Azərbaycan sərhədi yaxınlığında cəmləşib. Helikopterdən çəkilən və Telegram-da yayımlanan videoda İranın bir neçə zirehli texnikası sərhəddə-Araz çayı yaxınlığında görünür.
Başqa bir videoda isə İran qoşunlarının Ermənistanla sərhəd yaxınlığında yerləşdiyi göstərilir. Oxşar məlumat Hizbullah terror təşkilatının Telegram kanalı vasitəsilə də paylaşılıb və İran qüvvələrinin yerləşdiyi yerləri göstərən xəritə yerləşdirilib.
İnqilab Keşikçiləri Korpusunun ardınca digər qurumlar da təkcə Azərbaycan prezidenti İlham Əliyevi deyil, həm də Bakının strateji müttəfiqi olan İsraili birbaşa təhdid edən video çarxlar yayaraq təbliğat kampaniyasına başlayıb. “Əliyevə xəbərdarlıq” adlı videoçarxda “İsrail, ehtiyatlı ol” sözləri ilə başlayan musiqi ilə ərazi zəbtini (ehtimal ki, Azərbaycan ərazisini) əks etdirən silahlar və təlimlər nümayiş etdirilir.
İran hərbi mövcudluğunu yalnız sərhədlə məhdudlaşdırmaya bilər. Rusiya mənbələri Tehranın İrəvanla razılaşdıraraq öz silahlı qüvvələrini Ermənistan ərazisinə daxil edə biləcəyini ehtimal edir. Ermənistan Ukraynada münaqişə başlayandan Rusiyaya hərbi texnikanın ötürülməsi üçün kanallardan biri olub. Bu addım Azərbaycan və Türkiyənin Zəngəzur nəqliyyat dəhlizinin yaradılmasının qarşısını almaq məqsədi daşıyır. İran “sionistlərin və NATO-nun layihəsi” adlandırdığı bu dəhlizi Şərqdən Avropaya Rusiyadan yan keçən alternativ yollardan biri hesab edir. İranın fikrincə, bu dəhliz İranın Ermənistanla əlaqəsini kəsəcək, beləliklə, həm İslam Respublikasına, həm də İslam Respublikasından gizli daşımalar üçün əsas kanal əldən çıxacaq.
Tehranın Ermənistanı gücləndirmək üçün dörddə bir milyard dollar dəyərində Hindistan silahı alması üçün lobbiçilik etməsinin səbəblərindən biri də budur. Küveytin “Al-Jarida” qəzetinin məlumatına görə, son bir ayda Rusiya, İran və Hindistanın Ermənistana xeyli miqdarda yüksək keyfiyyətli silah və hərbi texnika ötürüb.
İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri xüsusi bölməsindəki adı açıqlanmayan mənbə “Al-Jarida”ya təsdiqləyib ki, bura dronlar, qoşunların daşınması üçün maşınlar, yer-yer və yer-hava raketləri, həmçinin radarlar daxildir. Bunlar rus və hind mənşəli sistemlər. Mənbənin sözlərinə görə, “bu hərəkətlər Azərbaycan, Türkiyə və İsraili Ermənistanın Sünik bölgəsini işğal etməkdən çəkindirmək üçün güc balansı yaratmaq məqsədi daşıyır”. O, izah edib ki, “Moskva və Tehranın əldə etdiyi kəşfiyyat məlumatı” azərbaycanlıların Rusiya, Ermənistan, İran və Hindistan arasında quru əlaqəsini kəsmək niyyətində olduğunu təsdiqləyir.
Mənbə üzə çıxarıb ki, İranın ali dini lideri Ayətullah Xameneyi şəxsən bunun qarşısını almaq üçün “Ermənistan müqavimət göstərə bilməyəcəyi təqdirdə İran silahlı qüvvələrinin müdaxiləsi tələbi ilə” əmr verib. Mənbənin məlumatına görə, İran Silahlı Qüvvələrinin Baş Qərargahı İran ermənilərinə təlim keçmək və İrəvanda hərbi xidmətə yerləşdirmək üçün Xamneyidən icazə alıb. Bildirilir ki, “SEPAH bir il əvvəl erməni iranlılara İran hərbi pilotsuz uçan aparatlarını idarə etməyi öyrətməyə başlayıb, çünki onlar rusiyalı kadrların təlimi zamanı qarşılaşdıqları çətinliklərdən fərqli olaraq, fars dilini bildikləri üçün əməliyyat proqramlarını tez qavraya bilirlər".
Cənubi Qafqazda Ermənistanın iştirakı ilə silahlı münaqişə baş verərsə, ehtimal ki, İran və Rusiya da bu münaqişədə iştirak edəcək. Ola bilsin ki, Azərbaycanın son aylarda daha çox İsrail silahlarını almasının səbəbi budur.
2023-cü ilin avqustunda İsrailin Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzi təhlil dərc edərək Ermənistanın İranın Azərbaycana qarşı (proxy war) proxsi müharibəsində alətə çevrildiyini vurğuladı.
Sənəddə qeyd olunub ki, İran adi hərbi güc baxımından nisbətən zəif ölkədir və ənənəvi olaraq birbaşa qarşıdurmadan çox asimmetrik müharibəyə arxalanır. İran raketlər, dronlar və digər vasitələrdən istifadə etməklə özünün asimmetrik imkanlarını gücləndirməyi bacarıb. Bu məsələdə Tehranın üstün tərəflərindən biri də Ermənistandan Azərbaycana qarşı istifadədir.
Təhlildə o da vurğulanıb ki, İranın Suriyadakı keçmiş səfiri Mehdi Sobhani Ermənistana səfir təyin edilib. İranın Dəməşq və Beyrutdakı səfiri vəzifəsi təkcə diplomatik əhəmiyyət kəsb etmir, həm də hərbi rütbə daşıyır. Səfir Livan Hizbullahı, Əsəd rejimi və SEPAH ilə koordinasiyaya cavabdehdir. Sobhaninin təyinatı İrəvanın Tehran üçün hərbi əhəmiyyətini ortaya qoyur və SEPAH-ın Azərbaycanla gərginliyi artırmağı planlaşdırdığını göstərir.
Elbəyi HƏSƏNLİ,
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rübəsi veriləcək - Yeni qanun
Sosial şəbəkədə narkotiki təbliğ edən şəxs həbs olunub
Bakıda 3 nəfər 27 kq narkotiklə tutulub
İRAN PULU DƏYƏRDƏN DÜŞDÜ, XALQ AYAĞA QALXDI - Mərkəzi Bank sədri istefa verdi, Prezident etirazçılara səsləndi (VİDEO, FOTOLAR)