29-05-2014 [11:40]
Müğənni Rusonun ifa etdiyi "Ay gecə" mahnısına çəkilən və artıq kifayət qədər baxış toplayan erotik klipin Youtube-da mahnının bəstəkarı Qasım Xəlilovun etirazı əsasında yayımı dayandırılıb.
Bununla bağlı, Qasım Xəlilovla əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirmək üçün müsahibə aldıq. Bəstəkar fikirlərini kəskin şəkildə ifadə etdi:
"Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən” pyesinin motivləri əsasında 1987-ci ildə ekranlaşdırılmış eyniadlı televiziya tamaşasında səslənən "Ay gecə" və digər mahnıların ərsəyə gəlməsində xalq şairi Nəbi Xəzri ilə mənim böyük əziyyətim olub.
Mən sizə deyim ki, bu mahnı və klip barəsində heç nədən xəbərim yox idi və bir çox dostlarım mənə zəng edərək, klipi görüb-görmədiyimi soruşdular. Açıq deyim ki, müxtəlif fikirlər səsləndirildi və sözsüz ki, mənim də baxmağımı məsələhət bildilər. Mən isə klipə baxdım. Sizə deyim ki, klipdə gənc, yaraşıqlı bir oğlanın simasını gördüm. Amma davamı olaraq diqqətimi cəlb edən mahnının sözlərinin dəyişdirilməsi, hətta musiqiyə belə müdaxilə olunmasının aydın şəkildə şahidi oldum. Mahnının əvvəlində musiqinin azacıq dəyişdirilməsini hiss etsəm də, sonra ümumiyyətlə, bu mahnıya uyğun gəlməyən yeni bir musiqi parçasının mahnıya əlavə oldunduğunu gördüm. Bu elementar olaraq, mahnıda hər iki mənada-söz və musiqi baxımından müəllif hüquqlarının pozulmasıdır.
Klip barəsində nə deyə bilərəm? Mən sizə açıq olaraq deyim ki, bu gün artıq elə bir tendensiya baş alıb gedir ki, bir sıra dövlətlərdə eynicinsli insanların nigahına belə icazə verilir. Doğurdan da bu, dəşhətdir! Belə halların fonunda klipin açıq-saçıq olması kimlər tərəfindənsə normal, kimlər tərəfindənsə mənfi qarşılana bilər. Bu çoxlarına adi gələ bilər, amma çox yaxşı olar ki, xalqımız üçün belə məhsullar hazırlanmasın! Şəxsən mənim fikrimi bilmək istəyirsinizsə, kliplərdə bu cür açıq-saçıqlığın tərəfdarı deyiləm və bunu mənfi hal kimi qəbul edirəm! Çox güman ki, yaradıcı heyyətin klipdə belə açıq-saçıqlığı qabarıq şəkildə önə çəkməsi, klipin daha böyük auditoriya toplanması üçün edilmişdir. Bu, mənim şəxsi mülahizəmdir. Nəticə olaraq, onu deyə bilərəm ki, klip müəyyən qədər məni sarsıtdı.
Və bütün bu söylədiyim fikirlərin əsasında deyə bilərəm ki, mahnının müəllifi kimi bu hala biganə yanaşa bilməzdim. Bu səbəbdən də klipin yayımının dayandırılmasını tələb etdim.
Bundan sonra qarşı tərəfdən mənə zəng olundu və biz görüşüb bu məsələni müzakirə etdik. Müzakirədə gənc oğlan Ruso tərəfindən bır sıra müxtəlif fikirlər səsləndirildiyindən, məndə belə fikir yarandı ki, bəlkə, bu kliplə bağlı qarşı tərəf hansısa sətiraltı mənanı ifadə etmək istəyir? Bilirsiniz, bu, yaradıcılıqdır, burada digər bir nüansda var: 1987-ci ilin Nargiləsinin 21-ci əsrdə hansı "dəyişiliklərə uğramasını" göstərməklə klipdə başqa bir məqamında vurğulandığını düşünmək olar... Əgər tamaşada mahnının səsləndiyi diskoteka səhnəsinə nəzər yetirsək, digər insanların dinamik rəqs etmələrinə baxmayaraq, Nargilənin həmin dövrün əsl azərbaycanlı qızının tərənnümü olaraq bu ab-havadan sıxıldığını və pop-estrada musiqisinə milli koloritdə rəqs etdiyini müşahidə edə bilərsiniz. Müasir Nargilə isə tam başqa ampulada tərənnüm olunmaqla, bugünkü reallığı əks etdirir. Əgər klipə bu kontekstdən yanaşılarsa, izləyicilərin müzakirəsinə buraxmaq üçün klipin yayımlanmasına mən icazə verdim".
Yaponiyada sərt hava şəraiti qəzaları artırıb: 27 nəfər ölüb, 300-dək xəsarət alan var
Nipah virusu təhlükəsi böyüyür - Asiya ölkələri ölümcül xəstəliyi həyəcanla izləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zahid Oruc: "Ruskiy mir və Fars dilinin əhatəsində…" - "Söyüş və təhqir azadlığı demokratiya deyil"
Alena Əliyeva ilk inklüziv iaşə obyektini ziyarət edib - FOTOLAR
ABŞ və İran rəsmiləri İstanbulda görüşəcək
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub