Aktrisanın yaxtadan paylaşımı əks-reaksiya doğurdu: "Pensiyaçılar acdır..."

img

17-07-2023 [17:41]


"Çocuklar Duymasın" serialındakı rolu ilə yadda qalan aktrisa Pınar Altuğun qızı və həyat yoldaşı Yağmur Atacanla istirahətindən paylaşdığı yeni foto izləyicilərinin tənqidinə tuş gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa "İnstaqram" hesabında dənizin ortasındakı yaxtadan şəklini "yay..." başlığı ilə yayıb.

İzləyicilərinin əksəriyyəti paylaşıma "millət bahalıqdan dərd edir, siz kefdəsiniz", "deyəsən zamların sizə təsiri yoxdur", "pensiyaçılar pəişandır, acdırlar", "Ötən gün benzin də, dizel də bahalaşdı" və sair kimi şərhlər yazlblar.

Bir izləyicinin isə "Həyat sizə gözəldir, qızım. Təqaüdçü yazıq günündədir. Sürünürük..." replikasına aktrisa belə cavab yazıb: "Könül istərdi ki, hər kəs istədiyi kimi yaşaya bilsin".

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq