"Hall Siti"nin sahibi: "Ozan Tufan Türkiyəyə qayıtmaq istəmir"

img

04-07-2023 [19:09]


İngiltərənin "Hall Siti" komandasının sahibi Acun Ilıcalı Türkiyədə keçirdikləri hazırlıq düşərgəsində mətbuat konfransı keçirib. 

Mia.az NTV-yə istinadla xəbər verir ki, Acun Ilıcalı komandasında top qovan Ozan Tufanın gələcəyi ilə bağlı açıqlamalar verib.

O deyib ki, Ozan Tufan Türkiyəyə qayıtmaq istəmir: "O, İngiltərədə çox xoşbəxtdir. Bu il bizim üçün çox özəl bir ildir. Özan da baş məşqçimizi çox sevir. O, Hull Sitidə qalacaq. "Beşiktaş" və ya başqa bir komandaya getməyəcək".

İrfan Can Kahveci ilə maraqlandıqları ilə bağlı iddialara gəlincə, Ilıcalı deyil ki, onun transferi gündəmdə deyil: "İrfan böyük istedaddır, onu çox sevirəm, amma hazırda belə bir şey yoxdur".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA