"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?

img

14-11-2025 [15:09]


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinə yeni rəis təyin edilib.

Mia.az Qaynarinfo-ya istiandla xəbər verr ki, QSC sədri Vüsal Aslanovun müvafiq əmri ilə sözügedən vəzifəyə Samir Allahverdiyev gətirilib.

Qeyd edək ki, Samir Allahverdiyev bundan əvvəl "Umid Babek Operatıng Company" və "AzərGold" şirkətlərində Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit üzrə sahələrdə (SƏTƏM) müdir olub. 

Xatıradaq ki, bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilən Aqil Allahverdiyev oktyabrda karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA