Gürcüstanda beynəlxalq yarışda qalmaqal - Final fitindən sonra erməninin zərbəsinə məruz qalan idmançımız danışdı

img

05-07-2023 [09:17]


"Ardıcıl üç qələbədən sonra finalda erməni rəqiblə qarşılaşdım".

Mia.az xəbər verir ki, bu sözləri Gürcüstanda “Batumi Open” beynəlxalq karate turnirində erməni idmançıya qalib gəldikdən sonra zərbəyə məruz qalan “Samuray Karate” klubunun üzvü Alika Semixova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, erməni qadın karateçidən belə qəfil hərəkət gözləməyib: "Mən ona əsas vaxtda  2:0 hesabı ilə qalib gəldim. Rəqibimin uyğun olmayan hərəkətinə baxmayaraq, mən Azərbaycan xanımı və idmançısı kimi öz mədəniyyətimi göstərdim. Biz qalib ölkə və qalib xalqıq. Fəxr edirəm ki, azərbaycanlıyam”.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA