DÇ-2026: Azərbaycan - Fransa oyununda 4 qol var (YENİLƏNİB)

img

16-11-2025 [22:47]


Bu gün DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması Fransanı qəbul edib.

Mia.az xəbə verir ki, saat 21.00-da başlayan oyunun 4-cü dəqiqəsində Renat Dadaşov hesabı açıb - 1:0.

17-ci dəqiqədə Fransa yığmasının üzvü Jan-Filipp Mateta hesaba tarazlıq gətirib - 1:1

30-cu dəqiqədə isə rəqib komandadan Manes Akliuş fərqi artırıb - 1:2.

45+1-də Turam fransızların daha bir qoluna imza atıb - 1:3

İlk hissə bu hesabla bitib.

İkinci hissədə isə qol səsi çıxmayıb və oyun bu hesabla başa çatıb.

Yeri gəlmişkən, stadionumuz tamaşaçı ilə dolub. Bir dəstə fransız azarkeş isə həqiqətən oyunda əsl azarkeşlik ediblər. Onların səsi bizim stadionun səsini batırıb.

Zülfiyyə MUSTAFAYEVA

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA