Ağdərədə mina partlayışı olub - Yaralı var

img

16-11-2025 [16:46]


Ağdərədə minaya partlayışı olub.

Mia.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb.

Bildirilib ki, rayonunun Sırxavənd kəndi ərazisində baş verən mina partlayışında 1990-cı il təvəllüdlü Bərdə sakini Əliyev Natiq Namiq oğlu  ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA