İkardi "Qalatasaray"dan sərvət istəyir - Ərəblərin təklifi danışıqları "dalan"a dirədi

img

03-07-2023 [14:14]


"Qalatasaray"ın heyətinə qatmaq üçün böyük səy göstərdiyi Mauro İkardi transferi mümkünsüz hala gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İkardi "Qalatasaray"dan hər il üçün 12,5 milyon avro xalis maaş tələb edib. 

Məlumata görə, bu tələb İstanbul klubunun onun transferindən vaz keçməsinə stimul yaradıb.

Xəbərdə qeyd olunur ki, Səudiyyə Ərəbistanının "Əl Taavon" komandasının argentinalı hücumçuya ildə təxminən 25 milyon avro təklif etməsi "Qalatasaray"ın ümidlərinin üstündən xətt çəkib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA