İkardinin xanımı "Qalatasaray"a yeni təklif göndərib

img

24-06-2023 [14:36]


Argentinalı hücumçu Mario İkardinin xanımı olan meneceri Vanda Nara "Qalatasaray"a yeni təklif göndərib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Nara "Qalatasaray"dan İkardinin transeferi ilə bağlı danışıqlara başlamaq üçün vaxt və məkan yerinin müəyyən olunmasını istəyib.

Məlumata görə, "Qalatasaray" rəhbərliyi Səudiyyə Ərəbistanından gələn təkliflərdən sonra İkardinin transferinin "dalan"a dirənməsindən narahat olsa da, ümidini üzməyib: "Naranın bu təklifi isə göstərir ki, "Qalatasaray"da qalmaq üçün İkardi də fədakarlığa hazırdır".

Məlumatda deyilir ki, tərəflər arasında danışıqlara yaxın günlərdə start veriləcək.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA