BAYRAMOV, LAVROV və MİRZOYAN MOSKVADA  GÖRÜŞƏCƏK - Zaxarova və XİN-dən açıqlamalar (YENLƏNİB)

img

18-05-2023 [11:51]


Mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Mia.az XİN-ə istinadla xəbər verir ki, səfər çərçivəsində mayın-19-da Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

***

17.05.2023. Xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov və Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüşü olacaq.

Mia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bugünklü ənənəvi mətbuat konfransıda açıqlama verib.

O bildirib ki, Bakı ilə İrəvan arasındakı sülh sazişi ətrafında keçiriləcək görüş mayın 19-da Moskvada olacaq: "Əvvələrdə qeyd etdiyiumiz kimi, Azərbaycanla Ermənistan arasında bütün mübahisələr diplomatik yollarla həll edilməlidir. Biz tərəfləri hər daim  təxribat xarakterli hərəkətlərdən, gərginlikdən çəkinməyə çağırııq. Hesab edirik ki,  mayın 19-da keçiriləcək görüşdə də bu istiqamətdə görülən işlərə öz töhfəmizi veəcəyik".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq