Prezident və birinci xanım sərgilərlə tanış olublar - FOTOLAR
17-05-2023 [18:31]
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.
Mia.az xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlətimizin başçısına və birinci xanıma sərgilərlə bağlı məlumat verdi.
Bildirildi ki, hər il olduğu kimi bu il də sərgilərə iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraq göstərilir. Bakı Ekspo Mərkəzinin bütün mümkün pavilyonlarını və açıq sahəsini əhatə edən sərgilərdə rekord sayda milli və regional stendlər nümayiş olunur. Ümumilikdə sərgilərdə 31 ölkədən 479 şirkət iştirak edir, 9 ölkə isə milli stendlərlə təmsil olunur. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində ABŞ, Almaniya, Belarus, Gürcüstan, İtaliya, Niderland, Şri Lanka, Rusiyanın regional qrupları, eləcə də builki debütant ölkə Tunis və Çexiyadan olan milli qruplar iştirak edirlər.
Dövlətimizin başçısı və birinci xanım sərgidə “Grow Group Azərbaycan”, “Maschio Gaspardo”, “New Holland”, “Rostselmaş”, “MySilo”, “Rauch Landmashchinen”, “SwissGrow”, “AfiMilk”, “Gowan”, “Can-Pa” şirkətlərinin, Çexiyanın, İtaliyanın, Belarusun, Gürcüstanın, ABŞ-ın və Niderlandın stendləri ilə tanış oldular. Stendlərdə ən müasir kənd təsərrüfatı texnikaları, əkin-biçin aqreqatları və kənd təsərrüfatı məhsulları təqdim olunur.
Naxçıvan Muxtar Respublikasının stendi ilə tanışlıq zamanı bildirildi ki, kənd təsərrüfatı məhsullarının istehsalında ərzaq və qida təhlükəsizliyi başlıca şərtlərdən biridir və Naxçıvan fermerləri daha çox orqanik məhsulları yetişdirməyə üstünlük verirlər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin pavilyonu ilə tanış oldular. Burada Ümummilli Lider Heydər Əliyevə həsr olunan xüsusi təqdimat hazırlanıb. Bildirildi ki, bu il xalqımız müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Buna görə də sərgilər də məhz Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Azərbaycanda aqrar sahənin inkişafı Ulu Öndərin fəaliyyəti ilə sıx bağlıdır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının qəbul etdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır.
Pavilyonda həmçinin Elmi-Tədqiqat İnstitutlarının ən son nailiyyətləri, yaşıl enerji mənbələrinə dair qurğu və məhsullar nümayiş olunur.
Burada müxtəlif yarış və müsabiqələrinin qalib aqrar startapçıları tərəfindən arıçılıqda “varatoz” gənəsinə qarşı mübarizə, ənənəvi balıq yetişdirmə üsullarının hidroponik əkinçiliklə birləşdirən sistem, bioqaz, alternativ enerji mənbələrindən əldə edilmiş hidrogen qazı, ağıllı istixana idarəetmə sistemi, alaq otlarını lazer sistemi ilə təmizləyən aqro-robot, avtomobillər üçün portativ qida bloku, külək və günəş izləmə qurğuları, idarəolunan günəş panelləri, uzaqdan idarəolunan sayğaclar, külək turbinləri, iqlim stansiyası, dəqiq suvarma idarəçiliyi üçün sensor, suvarmada istifadə olunan günəş enerjisi ilə işləyən inventorlar sərgilənir.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da innovasiyaların və müasir texnologiyaların tətbiqi dövlət tərəfindən dəstəklənir. Kənd təsərrüfatının intensiv inkişafı həm də aqrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır. Aqrar sahələrdə innovasiyalardan istifadə günümüzün çağırışı olduğundan sərgilər kənd təsərrüfatı məhsullarının istehsalçılarına bu innovativ yeniliklərlə əyani tanış olmağa imkan verir.
Bildirildi ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində KOBİA-nın dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim edirlər.
Sərgi çərçivəsində açıq sahədə kənd təsərrüfatında istifadə olunan texnikalar nümayiş olunur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərtexnika” MMC, “Agritex” MMC, “Agromotors” şirkətlərinin və Gəncə avtomobil zavodunun texnikaları ilə tanış oldular.
Qeyd edək ki, üç gün davam edəcək sərgilər çərçivəsində Aqrar İnnovasiyalar Forumu təşkil olunacaq. Forumda “Kənd təsərrüfatının inkişafında Heydər Əliyevin uğurlu aqrar siyasəti”, “Kənd təsərrüfatında innovativ həllərə əsaslanan texnologiyalar”, “Orqanik kənd təsərrüfatı”, “Rəqəmsal kənd təsərrüfatı”, “Yaşıl kənd təsərrüfatı” və digər mövzular müzakirə ediləcək.
“InterFood Azerbaijan” sərgisi çərçivəsində dekorativ yeməklərin kompozisiyasından ibarət “Qida – sənət əsəri” sərgisi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qızıl Şah - Qızıl Yüzlük” III Milli Kulinariya Çempionatı da təşkil ediləcək.
Qaz kartlarına niyə pul vurmaq olmur? - Açıqlama
"Təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və..." - Mehriban Əliyeva İlham Əliyevlı birgə fotosunu paylaşdı, mesaj verdi
DEPUTATIN ŞİRKƏTİ MÜĞƏNNİYƏ ƏMLAK PEŞKƏŞ EDİB? - Müğənni silinən xəbərlərə belə reaksiya verdi, şirkət, nəhayət, dilə gəldi (VİDEO) - Yenilənib
Sabah Bakıda və Abşeronda yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bakıya sulu qar, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
80 yaşlı Misir Mərdanov: "Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
Azərbaycan nefti çox cüzi bahalaşıb
PEZİDENT XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN + VİDEO
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi