Partiya sədri söz verdi: "Kılıçdaroğlu üçün gecəmi gündüzə qatacağam"

img

16-05-2023 [00:36]


CHP-nin siyahısı ilə Ərzincandan deputat seçilən Türkiyə Dəyişim Partiyasının sədri Mustafa Sarıgül xalqa müraciət edib.

Mia.az xəbər verir ki, sosial şəbəkə hesabından videomüraciət (https://www.youtube.com/shorts/BQkTZeyIm5M) yayan partiya sədri Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun mayın 28-də keçiriləcək  təkrar seçkilərdə qələbə qazanması üçün gecəsini gündüzə qatacağına söz verib: "Bütün Ərzincanı qucaqlayacağam. Söz verirəm, amma daha işimiz bitmədi. Hörmətli Kılıçdaroğlunun prezident seçilənə gecəmi gündüzümə qatacağam, canla, başla çalışmaya davam edəcəyəm".

Samir

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA