Ərdoğandan səhhəti ilə bağlı açıqlama: "Qardaşlarımdan halallıq istəyirəm..." - FOTO

img

26-04-2023 [12:45]


Dünən axşam qatıldığı canlı yayımda rahatsızlanan və buna görə verilişi yarımçıq tərk edən prezident Ərdoğan səhhəti ilə bağlı açıqlama verib.

Mia.az xəbər verir ki, sosial şəbəkə hesabından açıqlama yayan Ərdoğan narahat olan, "keçmiş olsun" deyən hər kəsə təşəkkür edib.

Prezident bildirib ki, həkimlərin məsləhəti ilə bügünkü görüşlərini təxirə salıb: "Bu gün həkimlərimizin məsləhəti ilə evdə dincələcəm. Təəssüf ki, bu gün Kırıkkale, Yozqat və Sivaslı qardaşlarımla bir araya gələ bilməyəcəyik. Hamısından haqqını halal etmələrini xahiş edirəm".

Ərdoğanın açıqlamasını tam olaraq aşağıda təqdim edirik.

Yeri gəlmişkən, AK Partiya sözçüsü Ömər Çelik də tvitdə "Prezidentimizin səhhəti yaxşıdır. Tez sağalmaq diləklərini göndərən hər kəsə təşəkkür edirik" deyə yazıb.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan dünən axşam “Ülke TV-Kanal 7”nin birgə yayımında sualları cavablandırarkən qəfildən özünü daha narahat hiss edib. Buna görə, verilişə əvəvlcə 20 dəqiqə ara verilib. Fasilədən sonra isə Prezident Ərdoğan "Bu gün gərgin kampaniya fəaliyyətləri oldu və bu kampaniya fəaliyyətlərinə görə ciddi soyuqdəymə keçirdim. Bir müddət proqramı ləğv etsək, səhv başa düşüləcəkmi deyə düşündüm. Söz verdiksə, gedəcəyik. Bəzin gərgin iş rejimində belə hallar olur. Sizdən və izləyiciulərdən halallıq istəyirəm", - deyərək, verilişdən yarımçıq ayrılıb.

Lamiyə

Mia.az

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib