LAÇIN YOLUNDA AKSİYANIN 134-cü GÜNÜ: mülki ermənilər yolda rahat gediş-gəliş edirlər (Yenilənib)

img

24-04-2023 [19:00]


Bu gün 134 gündür Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz etiraz aksiyası davam edir.

Mia.az xəbər verir ki, azərbaycanlılar ekoloji terrorunun dayandırılması və ərazidə monitorinqə şərait yaradılmasını tələb edirlər.

Xatırladaq ki, Laçın yolu humanitar məqsədlər üçün tam açıqdır. Demək olar ki, hər gün erməni mülkü insanlar Beynəlxalq Qızıl Xaç Komitəsinə aid maşınlarla Ermənistana sərbəst gedib-gəlirlər.

Bununla bərabər, sülhməramlıların maşınları da Xankəndi-Laçın yolunda maneəsiz gediş-gəliş edir.

Bu gün saat 09.00-dək  sülhməramlıların 2 maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

***

Saat 10.30-a olan məlumata görə, sülhməramlıların daha 14 maşını yoldan manəsiz keçib.

Bununla da Laçın yolunda sərbəst hərəkət edən sülhməramlıların maşınlarının  sayı 16-ya yülksəlib.

***

Saat 13.45-ə olan məlumata görə, sülhməramlıların daha 34 maşını yoldan manəsiz keçib.

Bununla da Laçın yolunda sərbəst hərəkət edən sülhməramlıların maşınlarının  sayı 50-yə yülksəlib.

***

Saat 19.00-a olan məlumata görə, sülhməramlıların daha 13 maşını yoldan manəsiz keçib.

Bununla da Laçın yolunda sərbəst hərəkət edən sülhməramlıların maşınlarının  sayı 63-ə yülksəlib.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib