Kılıçdaroğlu “Fabriki sata bilərlər” dedi, Bayraktardan operativ cavab gəldi: "Şirkətimizi heç kimə satmarıq"

img

19-04-2023 [09:03]


Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun “Dəyişiklik sənin əlindədir” adı altında təşkil etdiyi tədbirdə “Baykar” şirkəti ilə bağlı açıqlamaları diqqət çəkib.

Mia.az-ın məlumatına görə, o bildirib ki, dövlətin ancaq özəl bir şirkətə sərmayə qoyması düz deyil: "Bütün demokratik, hətta avtoritar ölkələrdə belə, dövlət silah-sursat istehsal edən özəl şirkətlərə yatırım qoymur. Çünki günün birində çıxıb deyə bilər ki, mən şirkəti satıram. Məsələn, AKP iqtidarı tank fabrikini  özəlləşdirib, daha sonra Qətərə satdı. O səbəbdən, dövlət bu məsələlərə həssas yanaşmalıdır".

Prezidentliyə namizədin "Bayraktar" PUA-ları ilə dünyada məşhurlaşan "Baykar"a ünvanlı açıqlamalarına operativ cavab gəlib.

"CNN Türk"də sualları cavablandıran Baykar Teknoloji Şirkətinin baş direktoru Haluk Bayraktar təəssüfləınib ki, illərdir şirkətləri barəəd belə neqativ müzakirələr gedir.

O, dünyanlın 20-dən çox ölkəsinə silah satdıqlarını deyərək, bildirib k, burada dövlətin rolu danılmazdır: "Əllbəttə, silah istehsalı ilə məşğul olursansa, mütəıq dövlətin razılığı olmalıdır. Lisenziyasız necə silah sata bilərsən? ikincisi, dövlətin razılığı olmadan xoş münasibət olmayan ölkəyə silah satmaq mümkünmü?

Ancaq hamı bilsin ki, mərhum atam bu şirkərti quranda biz kimsədən maddi dəstək almadıq. indi də bəyan edirəm: əsla və əsla bu şirkət satılmayacaq!".

Zülfiyyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq