"Mən ələviyəm, yoxsul bir ailədə doğuldum..." - Kılıçdaroğlunun bu müraciətinə dindar partiyadan dəstək gəldi

img

20-04-2023 [17:40]


“Millət ittifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu Twitter-də “Ələvi” başlığı ilə yayımladığı yeni videoda “Ələvi” başlığı ilə diqqətçəkən paylaşım edib.

Mia.az xəbər verir ki, qısa zamanda minlərlə şəxs tərəfindən paylaşılan videoda prezidentliyə namizəd Kamal Kılıçdaroğlu mayın 14-də ilk dəfə səs verəcək gənclərə müraciət edib: 

"İlk səs verəcək əziz balalarım. Mən Ələviyəm. Mən Allah, Məhəmməd və Əli inancı ilə böyümüş səmimi müsəlmanam. Allahın verdiyi bir canım var. Qul haqqı yeməm, harama əl uzatmaram. Atatürkün bizə ərmağan etdiyi bu gözəl ölkədə hər şeydən uzaq, yoxsu bir ailədə doğulmuşamm. Cümhuriyyətin bizə verdiyi imkanlar sayəsində oxudum. İşim oldu,ailəmi qurdum. Bizi biz edən kimliyimizdir və təbii ki, biz onları ləyaqətlə qorumalıyıq. Biz onları seçə bilmirik, biz onlarla doğulmuşuq, böyüyüb yaşayırıq.

Əziz gənc dostum, ölkə olaraq qarşımızda bir eşik var. Bu eşiyi birlikdə keçməyiniz üçün sənə ehtiyacımız var. Unutmayın, bir səslə bu ölkəni can yandıran məzhəb mübahisələrindən və bataqlığa çevrilmiş Yaxın Şərqdən çıxaracaqsınız. Siz bu ölkəni aid olduğu işıqlı yerə aparacaqsınız. Artıq kimliklər deyil, nailiyyətləri danışacağıq. Artıq ayrılıqlar və fərqlilikləri deyil, ortaq xəyallarımızı danışacağıq. Bu dəyişiklik səfərimizə qatılacaqsınızmı? Bu dəyişiklikdə mənim yanımda duracaqsanmı?". 

Kılıçdaroğlunun videosuna ittifaq ortağı və dindar partiya sayılan Səadət Partiyasından reaksiya gəlib. 

Partiyanın "Tvitter"" hesabında edilən paylaşımda deyilir: “Qütbləşmə, marginallaşma və “kimlik siyasəti” əvəzinə gözəl əxlaq, ədalət, insaf və səmimiyyəti seçməklə bu pozulmuş nizama birlikdə son verə bilərik".

Digər partiyalardan da Kılıçdaroğluna bu müraciəti ilə bağlı dəstəklər verilib.

Zülfiyyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq