"Bu, Türk dünyasının uğuru kimi tarixə düşəcək" - Ərdoğanla Özbəkistan prezidenti müzakirə aparıblar

img

12-04-2023 [21:35]


Prezident Ərdoğan ilə Özbəkistan Prezidenti Mirziyoyev arasında telefon danışığı olub.

Mia.az TRT-yə istinadla xəbər verir ki, Prezident Ərdoğan Özbəkistan lideri  Şövkət Mirziyoyevi "Togg" avtomobilini alması münasib\əti ilə təbrik edib.

Türk dünyası olaraq bütöv halda birlikdə daha çox uğurlara çatacaqlarına inandığını ifadə edən Ərdoğan bildirib ki, Türkiyə ilə Özbəkistan arasındakı güclü əməkdaşlıq bu anlaşmanın əsas sütunlarından biridir.

Özbəkistan prezidenti Mirziyoyev "Togg" hədiyyəsinə görə prezident Ərdoğana təşəkkür edib.

Prezident Ərdoğanın rəhbərliyi ilə Türkiyənin hər sahədə olduğu kimi, sənaye sahəsində də uğurunu yüksək qiymətləndirən Mirziyoyevin sözlərinə görə, "Togg" Türkiyə və Türk dünyasının uğuru kimi tarixə düşəcək.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA