"Qarabağ" "Qalatasaray"la oyunda əldə olunan vəsaiti açıqladı

img

05-04-2023 [22:10]


"Qarabağ" Türkiyə "Qalatasaray"ı ilə Bakıdakı xeyriyyə matçından əldə olunan vəsaiti açıqlayıb.

Klubdan Mia.az-a verilən məlumata görə, görüşün gəlirləri 1 090 455 manat (təqribən 12 336 000 türk lirəsi) təşkil edib.

Məbləğ qardaş ölkədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Vəsaitin bir hissəsi isə (oyunun Türkiyədəki yayım hüququndan gələn və oradan verilmiş reklam gəlirləri) İstanbul təmsilçisi tərəfindən açılmış yardım hesabına köçürüləcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış "Qarabağ" - "Qalatasaray" matçı qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA