Nəsimidə “Heydər Əliyev İli” çərçivəsində futbol turnirinə start verilib - FOTO
05-04-2023 [11:36]
“Heydər Əliyev İli” ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun idarə və müəssisələrinin komandaları arasında təşkil olunmuş futbol turnirinə start verilib.
Mia.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, Xalq qəzetinin, idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi əlilləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri, İctimai Şuranın üzvləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncəri iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyətinin Başçısı Asif Əsgərov açaraq turnir iştirakçılarına uğurlar arzuladı. Bildirdi ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətindən birinə çevrildi. İdman sahəsində yüksəlişin əsası qoyuldu. Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar. İlk dəfə Atlanta Olimpiadasında 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq olimpiya hərəkatında ilk nailiyyəti idi. Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci ildə Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gəncləri idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün fond yaradıldı. Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafı məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahə ilə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdir. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi.
Prezident İlham Əliyevin ölkəmizin kompleks inkişafına xidmət edən siyasi xəttinin konturları həm də idman infrastrukturunun möhkəmlənməsi, genişlənməsi, yenilənməsi və idmanımzın inkişafına xidmət edən digər tədbirlərlə müşayiət olunur. Dövlət başçısı Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ötən illərdə Gəncədə, Naxçıvanda, Şəkidə, Qubada, Şamaxıda, Lənkəranda, Qazaxda, Bərdədə, Bakının Maştağa kəndində və digər bölgələrdə olimpiya idman kompleksləri tikilmişdir. Hətta cəbhə xəttinin bir neçə kilometrliyində, Ağdamın Quzanlı qəsəbəsində möhtəşəm idman qurğusu idmançılarımızın istifadəsinə verilmişdir. “Bakı-2015” bütün qitəni sülh, ədalətli mübarizə və dostluq ruhunda birləşdirən möhtəşəm idman bayramı olmuşdur. Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın hazırlıq prosesində bütün mərhələ və istiqamətlərdə şəxsən iştirakı və rəhbərliyi sayəsində I Avropa Oyunları ən yüksək səviyyədə təşkil edilmişdir. Avropa oyunlarının keçirilməsi Azərbaycan dövləti və xalqı üçün əvəzedilməz və gələcəkdə istifadə oluna biləcək təcrübə qazandırdı, böyük idman və mədəni irs qoydu. Bununla da Azərbaycan Avropanın yeni idman tarixini yazdı.
Sonra Xalq qəzetinin baş redaktoru Əflatun Amaşov çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkləşməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallığa çevrilməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Prezident seçildikdən sonra ölkədə idmanın inkişafı daha da sürətləndi.
Daha sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov turnirin əhəmiyyətini vurğulayaraq bildirdi ki, uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmamışdır. Məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə ölkəmizdə onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilmişdir. Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zaldan izləməsi isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir.
Sonra komandalar arasında futbol turnirinə start verildi.
Turnir may ayının birinci 10 günlüyündə başa çatacaqdır. Qalib komandalar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılacaqdır.
Mia.az
Məşhur müğənnini boğub öldürdülər - Qocalar evində
Saytlara girişdə yaranmış problemlə bağlı daha bir - Açıqlama
Keçmiş partiya sədrinin evi qarət edilib
"Beşiktaş" Rafa Silva ilə bağlı açıqlama yaydı: gedir, yoxsa qalır?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ekspert: "Azərbaycan saytları eyni səbəbdən açılmır" - "Saytların özündə, serverlərdə problem yoxdur" (Yenilənib)
Avropa çempionatı: millimiz səfərdə qalib gəldi
Əli Əsədov qərar imzalayıb
"Beşiktaş" 4 futbolçu almaq istəyir
TÜRKİYƏ FUTBOLUNDA QUMAR: daha 282 futbolçu cəzalandırıldı - SİYAH
İstanbulda İŞİD-ə qarşı əməliyyatı: 14 nəfər saxlanılıb
Yeni ildə əfv olacaq? - Komissiya üzvündən açıqlama
PA rəhbəri, prezidentin köməkçiləri... - Zəngilanda Əlaqələndirmə Qərargahı toplandı (FOTO)
AHİK növbədənkənar qurultaya hazırlaşır - Sədr niyə narahatdır ki?
Xıdırlı kəndinə növbəti köç olub
Millimiz uduzub
Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşüb
TƏBİB sədri kimə yüksək vəzifə verib? - Departament rəhbəri haqqında maraqlı xəbər yayıldı
Beynəlxalq axtarışda olan azərbaycanlı tutulub - Polşada
Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi təyin edilib - Səməd Həsənov kimdir?
Şimali Koreya: "Cənubi Koreyanın nüvə sualtı qayığı əldə etməsi domino effekti yaradacaq"
"Residence Cinema Club" hərraca çıxarıldı
Yevlaxda su təsərrüafatı sistemi bərbad vəziyyətə düşüb: qarşısı kəsilən kollektorlar, şoranlaşan torpaqlar... - FOTOLAR
Ali Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi
Bakıda evdən oğurluq edən şəxs tutulub
Sabahın hava proqnozu açıqlandı
Dekan müavininin müəllimə qarşı şikayəti rədd olunub
"Baku Electronics", "ABC Telecom", "Trust Lux" MMC... - Dövlət Agentliyi cəzalandırdı
İlham Əliyev Omanın Sultanına məktub göndərib - MƏTN
Bu ixtisas sahiblərinə məhkəmə iclas katibi vəzifəsində işləmək şansı verildi - SİYAHI
Türkiyədə ordusunda daha bir FETÖ əməliyyatı: 22 şübhəli saxlanıldı
Ölkənin ən yaşlı icra başçısı kimdir? - FOTO
BMT Qəzzaya sülhməramlı göndərilməsi barədə qətnamə qəbul etdi - Trampdan qərara reaksiya
Viçenzo Montella: "Bu, bizim üçün çox vacib matçdır"
Azərbaycan nefti cüzi ucuzlaşıb
DÇ-2026: 6 oyun oynanılıb - NƏTİCƏLƏR
Kapitan həbsxanadan 28 səhifəlik sensasiyalı məktub göndərib - Generala ağır ittihamlar var
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru vəfat edib
QARABAĞA DAHA 160 NƏFƏR KÖÇÜRÜLDÜ
Dəmir yolundan oğurluq edən şəxslər saxlanılıblar
Qəzzada məktəb bombalanıb - Yaralılar var
Ceyranbatana gedən nəhəng su kəmərində qəzalı vəziyyət - Günlərdir su sızır, baxan yoxdur (VİDEO)
Türkiyədə 74 nəfər qidadan zəhərlənib - Toyda...