"Bakıda zəlzələ qırılma ocaqları yoxdur" -  Direktordan açıqlama

img

10-03-2023 [11:09]


"Bakıda zəlzələ qırılma ocaqları yoxdur".

Mia.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Bakı Dövlət Universitetində Azərbaycanın müasir seysmodinamik şəraiti haqqında danışarkən deyib.

Onun sözlərinə görə, qırılma ocaqları daha çox Xəzər dənizinə düşür.

Q.Yetirmişli əlavə edib ki, 2021-ci ildə Azərbaycan və ona bitişik ərazilərdə 7000-dən çox, keçən il ərzində isə 3000-ə yaxın yeraltı təkanlar qeyd alınıb: "Bu ilin əvvəlindən martın 7-nə kimi olan müddətdə zəlzələ ilə bağlı cənub zonası daha aktiv olub"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA