Sabahın hava proqnozu açıqlandı

img

06-03-2023 [13:03]


Bakıda və Abşeron yarımadasında martın 7-də gecə başlayan yağışın günorta saatlarınadək davam edəcəyi, saat 14:00 radələrində kəsiləcəyi gözlənilir.

Mia.az xəbər verir ki, güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA