Kürün Salyan-Nefçala hissəsi susuz qaldı: yataqda qədim şəhərin qalıqları tapılıb - Birlik sədri həyəcan təbili çaldı (FOTOLAR)
06-03-2023 [10:30]
"Artıq Kür çayını "sapoq"la da keçmək mümkündür".
Mia.az xəbər verir ki, bu sözləri Demokratiyaya Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Emil Məmmədov deyib.
O, fotolar da paylaşaraq yazıb ki, Kür çayının Xəzər dəniziinə tökülən hissəsinin tam betonlanmasından 10 gün ötüb, lakin Kürün Neftçala-Salyan hissəsində suyun səviyyəsi artmayıb. Əksinə, çay demək olar tarixinin ən ağır dövrünə qədəm qoyub: "Artıq Kür çayını "sapoq"la da keçmək mümkündür".
Birlik sədri yazır ki, Kür çayının quruması onun yeni sirrlərini aşkar edib:

"Kürün Neftçala rayonunun Şorkənd kəndindən keçən hissəsində suyu çəkilmiş yataqda bir vaxtlar daş tikilinin qalıqları və onun ətrafında xeyli saxsı qabların qalıqları aşkar edilib. Salyanın arxeoloji tədqiqatlarında vətəndaşı cəmiyyətini təmsil etmiş şəxs kimi deyə bilərəm ki, bu qalıqların Salyanın Babazanlı dağında aşkar edilmiş küp qəbirlərlə əlaqəsi var. Belə ki, öyrəndiklərimdən belə nəticəyə gəlimişəm ki, əslində, indiki Salyan şəhəri elə Babazalı dağı ilə Kür çayının arasında yerləşəb.
Ən maraqlısı isə odur ki, həmin ərazi həm də Xəzər dənizinə ən yaxın bir yerdir. Digər maraqlı cəhət isə odur ki, bu ərazidə qızmar yay mövsümündə temperatur indiki şəhər yerimizdən azı 1-2 dərəcə aşağı olur. Deməli, qədim insanlar yaşayış məskəni seçməkdə yanılmayıblar. Amma sən saydığını say, gör fələk nə sayır".
Emil Məmmədovun sözlərinə görə, əsrlər əvvəl baş verən amansız daşqınlar zamanı həmin yaşayış məskəni suyun altında qalıb: "Sizə başqa bir maraqlı detalı da bildirim ki, 2011-ci ildə Babazanlı dağındakı küp qəbirlər aşkar olunan zaman orada tədqiqat işləri aparan AMEA-nın Arxeologiya İnstitunun professoru hörmətli Arif Məmmədovla söhbətlərimizdə o deyirdi ki, əgər əraziyə küp qəbirlər daşınıbsa, deməli həmin küplərin istehsal olunduğu emalatxana da var, onu tapmaq arzusundayam. Qeyd edim ki, həmin illər aparılan axtarışlar zamanı həmin emalatxananının qalıqlarını aşkar etmək mümkün olmadı..ona görə də mən indi belə qənaətə gəlmişəm ki, həmin küplərin düzəldiyi yer sonralar Kürün yatağı altında batıb...".
Samir
Mia.az
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir bələdiyyə sədri tutulub
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)