Lənkəran İH-nin şöbə müdirinə cinayət işi açıldı - Səbəb

img

02-03-2023 [16:24]


Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi müdirinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, istintaq zamanı Elgün Abdullayevin fərdi-yaşayış evi və qeyri-yaşayış sahəsinə dair sənədlərinin hazırlanması müqabilində 100 min 250 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsi və cəmi 33 min 500 manat pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Elgün Abdullayevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvət alma) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA