Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi 

img

02-03-2023 [15:26]


Yasamal Rayon İcra Hakimiyyəti başçısı Elşad Həsənov qurumun hüquq şöbəsinin müdiri İsrəfilov Ramin Rəhman oğlunu vəzifəsindən azad edib.

Məlumata görə, Elşad Həsənovun digər əmri ilə bu vəzifəyə Məmmədov Orxan Fərmayıl oğlu təyin olunub.

Qeyd edək ki, Orxan Məmmədov bir neçə gün əvvəl Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun müvafiq əmri ilə hüquq şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.

Orxan Məmmədov Cəbrayıl RİH-in hüquq şöbəsinin müdiri vəzifəsində çalışarkən barəsində KİV-lərdə çox sayda tənqidi materiallar dərc edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA