Türkiyə super liqasının oyunları şifrəsiz yayımlanacaq

img

01-03-2023 [22:00]


Türkiyə super liqasının oyunları şifrəsiz yayımlanacaq.

Mia.az xəbər verir ki, bu barədə futbol camiasının zəlzələdən zərərçəkənlər üçün başlatdığı "Çiyin-çiyinə Türkiyə" adlı yardım kampanyasına telefonla qatılan Gənclik və idman naziri Mehmet Kasapoğlu açıqlama verib.

O bildirib ki, superliqanın oyunlarını şifrəli yayan "beIN Group"la  müzakirə apararaq yeni qərar alıblar: "Qərara əsasən, liqanın qarşıdakı iki həftədəki bütün oyunları şifrəsiz yayımlanacaq".

Kampaniyaya qoşulan TFF Başkanı Mehmet Büyükekşi isə deyib ki, bu günə qədər federasiya zərərçəkənlərə 80 milyon lirə yardım edib: "Bu gün də əlavə 20 milyon lirə edəəcyik...". 

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA