"Azərsu" ASC-nin sədr müavini qadınla belə dalaşır - VİDEO

img

27-02-2023 [15:34]


Sosial şəbəkələrdə avtomobil sürücüsü ilə bir xanım arasında söyüş davası sürətlə tirajlanır.

Mia.az Oxu.az-a istinadla xəbər verir ki, yeraltı dayanacaqda çəkilən videogörüntüdə xanımla söz savaşına girən şəxsin “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov olduğu iddia edilir.

Videoda sözügedən vəzifəli şəxslə yanaşı, xanım da etikadan kənar ifadələr səsləndirir. Mübahisə çərçivəsində vəzifəli şəxs “Honda” markalı 90-XP-575 dövlət nömrə nişanlı avtomobil ilə xanıma aid olan avtomobili vuraraq oradan uzaqlaşır.

Yayılan videogörüntülərlə bağlı “Azərsu” ASC-yə sorğu ünvanladıq.

Qurumun mətbuat xidmətindən mövzu ilə əlaqədar oxu.az-ın sorğusuna cavab verilmədi.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA