Sankt-Peterburqda Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib
23-02-2023 [17:27]
Rusiyanın Sankt-Peterburq şəhərində Xocalı soyqırımının 31-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Mia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Belə ki, Lensovet adına Mədəniyyət Sarayında baş tutan tədbir “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə azərbaycanlılarının milli-mədəni muxtariyyəti” şəhər ictimai təşkilatı tərəfindən təşkil edilib.
Öncə Xocalı soyqırımı qurbanlarının və Türkiyədəki dəhşətli zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Tədbirdə “Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə azərbaycanlıların milli-mədəni muxtariyyəti” şəhər ictimai təşkilatının sədri Vaqif Məmişov, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov və Türkiyənin Sankt-Peterburqdakı Baş konsulu Özgün Talu çıxış ediblər.
Xocalı soyqırımını Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri adlandıran natiqlər qeyd ediblər ki, məhz azərbaycanlı olduqlarına görə həmin müdhiş gecə aralarında 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 dinc sakin qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Misli görünməmiş amansızlıqla törədilmiş Xocalı soyqırımına görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyinin və Qarabağdakı erməni separatçılarının məsuliyyət daşıdığı vurğulanıb. Natiqlər dünya birliyini Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi və bu dəhşətli faciəni törədənlərin beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılması istiqamətində qətiyyətli addımlar atmağa çağırıblar. Nəzərə çatdırılıb ki, Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq
Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə “Xocalıya ədalət!” layihəsi çərçivəsində hazırlanmış videoçarx təqdim olunub.
Anım tədbiri klassik musiqinin və şeirlərin səsləndirilməsi, Xocalı hadisələri ilə bağlı şahidlərin kədərli hekayələrinin oxunması ilə davam edib.
Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və "Sonsuz dəhliz" filminin diskləri hədiyyə olunub.
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı