Qərbi Azərbaycana qayıdış ictimai rəydə - SORĞU (CƏDVƏL)
22-02-2023 [19:55]
Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə səsləndirdiyi proqram mahiyyətli çıxışı və strateji xəttini əsas götürərək həmçinin də, mövzunun aktuallığını nəzərə alaraq cəmiyyətin bu məsələyə münasibətini öyrənmək məqsədi ilə Sosial Tədqiqatlar Mərkəzi ictimai rəy sorğusu keçirib.
Mia.az xəbər verir ki, ictimai rəy sorğusunda respondentlərə “Prezident Qərbi Azərbaycana (İrəvan, Zəngəzur və Göyçə mahalına) qayıdışla bağlı yeni hədəfləri elan etdi. Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanırsınız?” sualı ünvanlanıb və respondentlərə bir neçə cavab variantı seçmək imkanı verilib.
Ümumi nəticələr insanların 74.6%-inin Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını göstərir. Daha detallı nəzərdən keçirdikdə, respondentlərin 46.5%i “tam inanıram”, 28.1%-i “əsasən inanıram”, 7%-i “əsasən inanmıram”, 10.40%-i “heç inanmıram” cavablarını qeyd edib. Onların 8.1%-i cavab verməkdə çətinlik çəkib.
Sorğu nəticəsini gender aspektinə görə təhlil etdikdə, kişilərin 79%-i, qadınların isə 71%-i qayıdışın baş tutacağına inandığını bildirib. Hər iki qrupun tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanması bu istiqamətdəki dinamikanın müsbət seyri baxımından əhəmiyyət təşkil edir.
Tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycana qayıdış strategiyası çərçivəsində cəmiyyətin milli özünüdərk və soykökünə bağlılıq infoqrafikasını öyrənmək baxımından yaş qrupları mühüm amildir. Sorğuda iştirak edən 18-24 yaş qrupunda olan respondentlərin 58%-i qayıdışın baş tutacağına tam inandığını bildirib. “Əsasən inanıram” deyənlər isə 26%-ə bərabər olub. Başqa sözlə, 18-24 yaş qrupunda olanların 84%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını ifadə edib. Yekun nəticənin yüksək olması vətənpərvərlik və milli ruhun təcəssümünü göstərir.
25-34 yaş qrupundakı insanların 50%-i “tam inanıram”, 27%-i “əsasən inanıram” variantını seçib. Bu yaş qrupunda olan respondentlərin 6%-i “əsasən inanmıram”, 8%-i “heç inanmıram” cavabını verib.
35-44 yaş qrupunda olanların isə 74%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını qeyd edib. Analoji göstərici 45-54 yaş qrupu üzrə 75% təşkil edib. Bu göstəricilər çox əsirlik qan yaddaşının oyanmasında 44 günlük müharibədə qazanılan qələbənin nə dərəcədə təsirli olduğunu göstərir.
65 və yuxarı yaş qrupundakı respondentlərin 80%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.

Sorğuda qayıdışın baş tutacağına inananlar arasında hər yaşdan insanın olması xüsusilə gənc və orta yaş qrupundan olanların müsbət faizlərinin yüksək olması əsas məqamlardan biridir
Təhsil və maarifçilik cəmiyyətin əsas prioritet istiqamətləridir. Qərbi Azərbaycan yüzillər boyunca Azərbaycan elm, təhsil və maarifçiliyinə mühüm töhfə verib. Tarixi torpaqlara qayıdışın baş tutacağına “tam inanıram” deyənlərin 47%-i, “əsasən inanıram” deyənlərin 32%-i ali təhsilə malik olanlardır. Başqa sözlə, ali təhsilli respondentlərin ümumilikdə 79%-i tarixi torpaqlara qayıdışın mümkün olacağına inanır. Orta təhsilə malik responentlər üzrə bu göstərici 73%-ə bərabər olub.
Sorğu iştirakçıları arasında dövlət sektorunda işləyənlərin 53%-i “tam inanıram”, 26%-i “əsəsən inanıram”, 9%-i “əsasən inanmıram”, 6%-i “heç inanmıram” cavabını qeyd edib. 6% isə cavab verməkdə çətinlik çəkib. Yekun nəticəyə əsasən dövlət sektorunda işləyənlərin 79%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inamını ifadə edib. Özəl sektorda işləyənlər üzrə bu göstərici 57%, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar üzrə 78% təşkil edib.
Sorğu 2023-cü ilin yanvar ayında 18 yaşından yuxarı 384 respondent arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.
Məlumat üçün qeyd edək ki, Qərbi Azərbaycan İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarında yaşamış və oranı tərk etməyə məcbur edilmiş azərbaycanlıların tarixi torpaqlarıdır. Azərbaycan dövlətçiliyinin varislərindən olan İrəvan xanlığı çox da uzaq tarix deyil.
Vətən müharibəsindəki qələbədən sonra taleyi və tarixi elmi dövriyyədən kənarda saxlanmadan bu tarixi məsələnin sülh yolu ilə həll edilməsi zərurəti yarandı. Tarixi qələbə, xalqımızın müqəddəratı üçün tarixi inkişafın yeni mərhələsi zəminində yeni üfüqlər açdı. Qələbə və nailiyyətlər soykökünə bağlılıq və milli özünüdərk, habelə milli dirçəliş və milli intibah tarixşünaslığımızda çoxdan kök salmış böyük bir boşluğu aradan qaldırmağa təsirli təkan verdi. Dövlətimizin yeni milli hədəflərə yönəlmək üçün inşa etdiyi Qarabağdan-Zəngəzura qədər uzanan Böyük qayıdış planının bir hissəsi olan Böyük qayıdış yolu keçmişimizə, çox min illik tariximizə həssas münasibətə, onu yenidən qiymətləndirməyə fürsətlər yaradaraq, İrəvana və Zəngəzura, Göyçəyə və bütün tarixi torpaqlara gedən yolları şüurlarda-yaddaşlarda inşa edib, çoxəsrlik qan yaddaşını geri qaytardı. Milli şüurdakı oyanış, təkcə Qarabağa deyil, bütün tarixi torpaqlara gedən yolun başlanğıcı kimi babalarımızın, əcdadlarımızın mirası olan yerlərə dönüş yolunu təmin etməklə bir milləti bütövlüyünə və əsli-kökünə qovuşduracaq yeni siyasi-ideoloji yanaşma ilə yanaşı, eyni zamanda, Azərbaycan dövlətinin mədəni-mənəvi intibahın yeni mərhələsinin əsasını təşkil edən milli hədəfə çevrildi.
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı