Allahşükür Paşazadə Dialoq Mərkəzinin Direktorlar Şurasının sessiyasına qatılıb
21-02-2023 [14:16]
Lissabonda KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının növbəti, 28-ci sessiyası keçirilib.
Qafqaz Müsəlmanları İdarəsindən Mia.az-a verilən məlumata görə, 2017-ildən bəri müsəlman dini lider olaraq Şuranın üzvü olan İdarənin sədri, Şeyxülislam Allahşükür Paşazadə sessiyada iştirak edib.
Sessiyada İslam, Xristian, Yəhudi, Hinduist və Buddizm dinlərini təmsil edən Şura üzvləri əvvəlcə Mərkəzin yeni təyin olunmuş Baş Katibi və onun müavini ilə tanışlıq görüşündə bir araya gəliblər. Daha sonra Şura öz işinə gündəmə uyğun olaraq davam edib.
QMİ sədrinin irəli sürdüyü təklifə əsasən Şura sədrinin və sədr müavininin səlahiyyətləri cari ilin sonunadək yekdilli səsvermə ilə uzadılıb.
Sessiyada əsas məruzə ilə çıxış edən Şeyxülislam həzrətləri katibliyin yeni rəhbərliyini salamlayıb, onlara öz xeyir-duasını verib, Mərkəzin ötən dövr ərzindəki fəaliyyətindən və Portuqaliyaya köçürüldükdən sonra qarşısında duran vəzifələrdən bəhs edib.
Dünyada son dövrdə baş verən mühüm hadisələri, sülh, sabitlik və təhlükəsizliyi təhdid edən çağırışları təhlil edən QMİ sədri Cənubi Qafqaz regionunda, xüsilə də ölkəmizdə və onun ətrafında baş verən hadisələrdən danışıb, o cümlədən, Azərbaycanın Tehrandakı səfirliyinə edilən və səfirlik əməkdaşının ölümü ilə nəticələnən terror hücumunu pisləyib, Laçın dəhlizilə bağlı ölkəmizə qarşı səsləndirilən iddiaların yalan və iftira olduğunu vurğulayıb və iştirakçıların nəzərinə Azərbaycan həqiqətlərini çatdırıb.
Qeyd edək ki, COVID 19 Pandemiyasından, eləcə də KAICIID Qərargahının Vyanadan Lissabona köçürülməsindən sonra bu, KAICIID Direktorlar Şurasının Portuqaliyada baş tutan ilk görüşü idi.
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı