LAÇIN YOLUNDAKI AKSİYANIN 72-ci GÜNÜ: erməni ailələr Xankəndidən gedib (Yenilənib)

img

21-02-2023 [18:37]


Laçın yolunda azərbaycanlıların sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyadan 72 gün keçir.

Mia.az xəbər verir ki, bu gün də azərbaycanlı könüllülər ekoloji terrora qarşı şüarlar səsləndirirlər.

Xatırladaq ki, dünən Laçın-Xankəndi yolundan Rusiya sülhməramlılarına məxsus 60 maşın maneəsiz hərəkət edib.

***

Bu gün saat 10.10-a olan məlumata görə, Laçın yolunda içərilərində erməni ailələrin olduğu 7 maşın Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

***

Bu gün saat 11.38-ə olan xəbərə görə, Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 4 avtomobilin maneəsiz hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bununla da yolda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 11-ə çatıb.  

***

Bu gün saat 15.09-ə olan xəbərə görə, Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 41 avtomobil maneəsiz hərəkət edib.

Bununla da yolda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərin sayı 52-yə çatıb.

***

Bu gün saat 18.37-yə olan xəbərə görə, yoldan Rusiya sülhməramlılarına məxsus daha 3 maşın keçid edib.

Bununla da gün ərzində aksiyaçılaırn olduğu ərazidə maneəsiz hərəkət edən sülhməramlılara məxsus avtomobillərin sayı 55-ə yüksəlib.  

Lamiyə,

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA