LAÇIN YOLUNDAKI AKSİYANIN 68-ci GÜNÜ: etirazlar davam edir (Yenilənib)

img

17-02-2023 [18:10]


Bu gün Laçın yolunda azərbaycanlı ekofəalların ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyasından 68 gün ötür.

Mia.az xəbər verir ki, könüllü ekofəalllar gecəboyu şüarlar səsləndirib.

Bu gün səhər isə dövlət himni ilə aksiyanı açaraq, sülhməramlıların nəzarətində olan ərazidə monitorinq aparılmasına şərait yaradılmasını tələb ediblər.

Xatırladaq ki, aksiyanın keçirildiyi ərazidə sülhməramlılar və BQXK-ya məxsus maşınların maneəsiz hərəkətinə problem yoxdur.

Dünən Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 14, Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 65 maşın aksiyanın keçirildiyi yoldan maneəsiz istifadə ediblər.

***

Bu gün saat 10.45-ə olan məlumata görə, Rusiya sülhməramlılarına məxsus 2 maşın aksiyanın keçirildiyi nöqtədən Laçına doğru hərəkət edib.

***

Bu gün saat 11.48-yə olan məlumata görə, Rusiya sülhməramlılarına məxsus daha 6 maşın aksiyanın keçirildiyi nöqtədən keçid edib.

***

Bu gün saat 16.54-ə qədər sülhməramlılara məxsus daha 61 maşının Laçın yolunun hər iki istiqamətinə gediş-gəlişinə şərait yaradılıb.

Bununla da gün ərzində yolda hərəkət edən maşınların sayı 69-a çatıb.  

***

Bu gün saat 18.10-a kimi sülhməramlılara məxsus daha 2 maşın Xankəndidən Laçın istiqamətinə maneəsiz keçb.

Bununla da gün ərzində yolda hərəkət edən maşınların sayı 71-ə yüksəlib.  

Samir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA