YAP funksioneri: "Dünya bir daha Azərbaycanın ədalətin, Ermənistanın isə ədalətsizliyin yanında olduğunun şahidinə çevrildi"
20-02-2023 [20:04]
"Hər ilin fevralında keçirilən Münxen Təhlükəsizlik Konfransı həm Azərbaycan, həm də digər iştirakçı ölkələr üçün bir sıra mühüm məqamlarla yadda qalır. 59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlər, iştirak etdiyi plenar iclaslarda ona ünvanlanan suallara təmkinlə, diplomatik məharətlə verdiyi cavabları, həmçinin həm xarici, həm də yerli mətbuata müsahibələri postmünaqişə dövrü ilə yanaşı, 30 illik işğal dövrünün reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı".
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Mia.az-a açıqlamasında deyib.
O bildirib ki, konfransın plenar iclasının mövzusu özündə bütün məqamları ehtiva edir: "Dövlət başçısı İlham Əliyev 30 illik işğal və postmünaqişə dövründə Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan mövqeyi barədə bir daha tədbir iştirakçılarına geniş məlumat verdi. "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusu region dövlətlərinin bu sahədə təqdim etdikləri konsepsiyaya yenidən baxmağa, yeni əməkdaşlıq formatının yaradılmasına bir çağırış etdi. Tarixdə ilk dəfə idi ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda, bir platformada görüşürdülər.
Dövlət başçısı İlham Əliyev bu reallıqları diqqətə çatdırdı ki, Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Azərbaycan hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdi. Artıq dəfn edilmiş Minsk qrupunun nəticə əldə etməsini, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmətlə yanaşmasını gözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Azərbaycan onun dondurulmadığını sübut etdi. Ərazimizi 30 il ərzində işğal altında saxlayanlar bizi bu gün tamamilə əsassız olaraq işğalda günahlandırırlar. 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistanın kapitulyasiyası aktıdır".
Vüqar Rəhimzadə Münxen Təhlükəsizlik Konfransının builki görüşünün əhəmiyyətindən geniş bəhs edərək bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan açıq-aşkar sülh müqaviləsinin imzalanması prosesinin uzadılmasında maraqlı olduğunu təsdiqləyib: "10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın Ermənistanın kapitulyasiyası olduğuna şübhə dolu yanaşmalar ortaya qoyan Ermənistan rəhbəri Azərbaycanın siyasətinin guya qisas olduğunu bildirməklə özlərinin işğalçılıq siyasətlərindən, 30 il torpaqlarımızı işğal altında saxlamalarından yayındırmağa çalışdı. Belə qeyri-ciddi yanaşmaların heç bir əsası yoxdur. Dövlət başçısı İlham Əliyev həm plenar iclasda, həm də mətbuata müsahibələrində bu fikri xüsusi qeyd etdi ki, sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Həmin sənəddə Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur".
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, dünya birliyi bir daha Prezident İlham Əliyevin bəyanatları, çağırışları fonunda Azərbaycanın bölgədə sülh və əməkdaşlıq təminatçısı olduğunun şahidinə çevrildi. Belə ki, Ermənistanın bütün danışıqlardan yayınması və bölgədə gərginlik yaratmasına rəğmən Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü bir daha ölkəmizin sülhsevər mövqeyini ortaya qoyub: "Azərbaycan hər zaman münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə çağırışlar edir.
Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsinin imzalanmasını təklif etdi. Dövlət başçısı İlham Əliyev danışıqlardan yayınan, sülh müqaviləsinin imzalanması prosesinin hər vəchlə uzanmasına səy göstərən Ermənistanı Münxendə növbəti dəfə ifşa etdi. “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bildirdi ki, Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq qurum da bu məsələyə xüsusi diqqət yetirir. Əgər bu müzakirə daha bir neçə saat davam etsəydi, yəqin ki, heç kim bu toplantını tərk etməzdi. Bu, məsələnin müzakirəsinə maraqdan irəli gəlir. Belə bir əminlik ifadə edildi ki, əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, ədavət dövrünün arxada qalmasına nail olmaq mümkün olacaq. Prezident İlham Əliyev bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var və orada məskunlaşan ermənilər ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olacaqlar, onların təhlükəsizliyi də tam təmin ediləcək".
Vüqar Rəhimzadənin sözlərinə görə, Münxen Konfransı Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə düşdü: "Qalib ölkə liderinin bu nüfuzlu beynəlxalq platformada ortaya qoyduğu mövqe ölkəmizin beynəlxalq miqyasda iqtisadi, siyasi, diplomatik üstünlüklərinin açıq-aydın ifadəsi idi. Dövlət başçısı İlham Əliyevin Münxen Konfransı çərçivəsində keçirilən “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirakı da Azərbaycan liderinin beynəlxalq nüfuzunun nümayişi oldu. Azərbaycan yeni mənbənin sahibi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi bütün dünyada böyük hörmətə malikdir. Reallıq budur ki, enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək".
Lamiyə,
Mia.az
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı