Bakıda otedə sensasiyalı hadisə: keçmiş məhkum qadın yuxarıdan aşağı atdı

img

17-02-2023 [10:19]


Bakıda keçmiş məhkum oteldə qadın yuxarıdan aşağı atıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə fevralın 16-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Araşdırmalarla həmin gün saat 19 radələrində rayon ərazisində yerləşən otellərin birində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Qənbərovun qeyri-rəsmi nikah münasibətində olduğu həmin qadını 6-cı mərtəbənin pəncərəsindən yerə atması və onun 3-cü mərtəbədəki çardağın üzərinə düşməsi nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsinə əsaslı şübhələr müəyyən olunub.

Adam öldürməyə cəhddə şübhəli bilinən Ş.Qənbərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Samir,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA