Ərdoğan bu dəfə Diyarbəkirdən tələbələrə mesaj verdi: "İlin sonunadək dərslər onlayn olacaq"

img

11-02-2023 [15:54]


Prezident Rəcəb Tayyib Ərdoğan "əsrin fəlakəti" olaraq xarakterizə edilən 10 vilayətdə baş verən zəlzələlnin yaratdığı fəlakətlə bağlı bölgədəki şəhərləri bir-bir ziyarət edir.

Mia.az Türkiyə TV-lərinə istinadla xəbər verir ki, 3 gün əvvəl Kahramanmaraş, Pazarcık, Hatay, İskenderun, Adanada, daha sonra Qaziantep, Kilis, Osmaniyedə, dünən isə Adıyaman və Malatyada olan Ərdoğa bu gün Diyarbəkirə yollanıb.

Prezident Ərdoğan burada da zəlzələdən zərərçəkən insanlarla görüşüb, onların problemlərinni dinləyib, müvafiq tapşırıqlar verib.

Daha sonra çıxş edən Ərdoğan digər şəhərlərdə səsləndirdiyi fikirləri təkrarlayıb.

O, zərərçəkən hər bir ailəyə bir il 5 min tl, kirayədə qalanlara isə 2 min tl əlavə pul yardımı veirləcəyini deyib. Prezident evləri dağılanlara bir il içində yeni evlər tiukiləcəyini də \əlavə edib.

O qeyd edib ki, zəlzələ səbəbindən evlərindən olan və ya başqa şəhərlərə köçən uşaqlar istənilən məktəblərdə qeydiyyatdan keçərək dərslərini davam etdirə bilər: "Ancaq universistetlərdə təhsil tədris ilinin sonuna qədər onlayn qaydada davam edəcək".

Xatırladaq ki, Türkiyədə orta məktəblərdə dərslər fevralın 20-dək bağlanıb. Zəlzələ zonasında yerləşən universitetlərin  çoxunun tələbəsi bölgəni tərk edib.

Qeyd edək ki, bölgədən azərbaycanlı tələbələr də təxliyyə olunub.

SAMİR,

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA