YAP funksioneri: "Qardaş, dost başqa necə ola bilər ki?"
10-02-2023 [13:51]
Xəbər verildiyi kimi, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ baş verib.
Mia.az xəbər verir ki, bu günə olan məlumata görə, zəlzələdə 18 mindən çox ölən var və bu rəqəmin hələ xeyli artacağı gözlənilir.
Azərbaycan isə bu dar günündə qardaş ölkənin zəlzələ bölgəsinə dayanmadan həm canlı qüvvə, həm də ərzaq və digər qidalar, o cümlədən, dərman, sığınacaq yerləri və sair sahələr üzrə yardımlar göndərir.
Bu və ya digər məsələlərlə bağlı Mia.az-a açıqlama verən Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu bugünkü dar gündə əməldə bir daha sübut olunur.
"Zəlzələnin baş verdiyi 6 fevral tarixindən dünyanın 70-ə yaxın ölkəsi dost, qardaş ölkəyə yardımlarını əsirgəmədi. İlk dəstəyini, yardımını göstərən isə Azərbaycan oldu. Bir daha nümayiş edildi ki, əsl qardaş dəstəyi necə olmalıdır. Prezident İlham Əliyev türk dünyasına “Gücümüz birliyimizdədir” çağırışını edərkən daim bu fikri də xüsusi qeyd edir ki, bir ölkənin problemi digərinin problemi kimi qəbul olunmalı, aradan qaldırılması üçün birgə səylər göstərilməli, addımlar atılmalıdır. Bu, Azərbaycan dövlətinin təqdim etdiyi dostluq, qardaşlıq formulunun əsas prinsipidir".
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır: "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi “İnstaqram” səhifəsində paylaşım edərək zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirdi, faciə zamanı həlak olanlara rəhmət dilədi, onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verdi. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir dilədi. Prezident İlham Əliyevin fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən səfirlə söhbət zamanı səsləndirdiyi fikirlərə yönəldib: “Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanındadır. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də yaxşı günlərdə, çətin günlərdə Azərbaycanın yanındadır. Azərbaycan xalqı da bütün varlığı ilə Türkiyənin yanındadır.
Bildiyiniz kimi, İlham Əliyevin tapşırığına uyğun olaraq 1000 nəfərə yaxın xilasedici heyət qardaş ölkəyə göndərildi və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başladı. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, xəstələri gətirməyə də hazırıq. Bütün aidiyyatı strukturlarımız səfərbər olub. Qardaş ölkəyə yardımlarda sadə vətəndaşlarımızın da fəal iştirakı qürurvericidir. Biz birik, hər zaman da bir olacağıq. İlk gündən “Qardaş Türkiyə yanındayıq” çağırışı birliyimizin, həmrəyliyimizin təqdimatı oldu".
Vüqar Rəhimzadənin sözlərinə görə, bu gün Azərbaycan xalqının könüllü olaraq qardaş ölkəyə yardımlar göstərməsinin dünyada oxşar nümaunəsi yoxdur: "Heydər Əliyev Fondunun bu yöndə fəaliyyəti daim yüksək dəyərləndirilir. Mərhəməti, xeyirxahlığı fəaliyyətinin əsas prinsipi kimi qəbul edən Heydər Əliyev Fondu böyük təşəbbüsə start verib. Digər təşkçilatlar, həmçinin minlərlə insan könüllü bu yardım kampaniyasına qatılıb. Tıbbi, bu, həm də Türkiyənin acısını öz acımız kədərənin öz kədərimiz olmasından irəli gəlir. Qardaş, dost başqa necə ola bilər ki?".
Zülfiyyə,
Mia.az
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi
Ümid Partiyasında əməliyyat olub? - İqbal Ağzadədən açıqlama
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - VİDEO
"Show TV"dən kuryoz qərar: məşhur aparıcı keçmiş ərinə görə kanaldan uzaqlaşdırıldı - "Qurban edildim..."
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı