Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
30-01-2023 [00:02]
Qoç - soyuqqanlı və məntiqli davranın, hiss və emosiyalarınızın əsiri olmayın. Peşəkar fəaliyyət müstəvisində qarşılaşdığınız problemlər ilk baxışdan göründüyü kimi ağır, məşəqqətli deyil. Sualların çoxunun cavabı üzdədir. İşdə rəhbərliklə, fəaliyyət müstəvisində nüfuzlu insanlarla dil tapın. Belə olarsa, onlar sizi dəstəkləyəcəklər.
Ailə problemlərinin əksəriyyətinin öhdəsindən təkbaşına gəlməli olacaqsınız. Çünki yaxınlarınız müşküllərin çözümü ilə bağlı baxışlarınızı və mövqeyinizi bölüşmürlər.
Mübahisyə başlamayın, uzun-uzadı izahatlara varmayın. Bunun əvəzində istədiyiniz kimi davranın.
Effektiv taktikanı seçin.
Buğa - emosional, əsəblərin tarıma çəkiləcəyi gün olacaq. Nə edəcəyinizi düşünüb çaş-baş qalmayın. Belə vəziyyət diskomfort yaradır və o, uzun müddət davam etməməlidir. Gərəksiz riskə əl atmadan ehtiyatlı davranın. Adətlərə, qaydalara, ənənələrə riayət edin. Özünüzü təhlükəyə atmayın.
Yaxınlarınızla problemlər yarana bilər. Problem barədə susub onu inandığınız insanlarla müzakirə etməmək konstruktiv davranış deyil. Hadisələrin axarına zərurət yaranarkən müdaxilə edin ki, razılıq və sakitlik hissi yaransın.
Əkizlər - özünüzə yeni çətinliklər yaradıb sonra onları böyük zəhmət və səy bahasına aşmayın. Gün maraqlıdır. Səylərinizi hədər yerə sərf etməyin.
Uzun müddətdən bəri etibar etdiyiniz insanlardan, bel bağladığınız müttəfiqlərdən biri sizi yanılda bilər. Həmin şəxs vədlərinə əməl etmir. Narahat olmayın, ruhdan düşməyin, irəliləməyə davam edin.
Yaşam potensialının səviyyəsi yüksəkdir. İfrat yorğunluqdan qorxmayın.
Heç gözləmədiyiniz halda gəlir əldə etmək, hədiyyə almaq, sürprizlə qarşılaşmaq şansınız var.
Şəxsi münasibətlərdə təşəbbüskar olun.
Axşam saatlarında normal istirahət edin.
Xərçəng - qarışıq, çətin, problemli gündür. Müşküllər qəflətən yaranır. Fəqət, istənilən hadisə və olaydan faydalanmağa çalışın. Enerjili və fəal olun. Ətrafınızdakı insanlar da nikbinliyinizdən ruhlanmalıdır. Birgə fəaliyyət üçün əlverişli gündür.
Səfər və ya səyahətə yollanmaq olar. Pozitiv emosiyalar əldə edəcəksiniz.
İşdə yeni layihə başlana bilər. Təmaslarınızı yeniləyin, zəifliyin hiss olunduğu məqamdakı geriləməni aradan qaldırın.
Təxəyyülünüzü işə salın. Sonuclar sizi nigaran qoymayacaq.
Şir - başladığınız bütün işlərdə uğura nail ola bilərsiniz. İnadkar, qətiyyətli, əzmkar olun. İlk çətinlikdən sonra geri çəkilməyin. Ünsiyyətdə səmimiyyət, açıqlıq və dürüstlük sizə yeni işgüzar tərəfdaşlarla yanaşı, əsl dostlar tapmağa da kömək edəcək.
Dəvət aldığınız tədbirlərə qatılın. Hadisələrin mərkəzində olun, baş verənləri diqqətdən qaçırmayın. Ailədə problem yaranarsa, vəziyyəti sakit və soyuqqanlı şəkildə müzakirə edərək çözün.
Qız - kiçik problemlər və əhəmiyyətsiz müşküllərə fikir verməyin, onları aşılmaz səddə çevirməyin. Müttəfiq və köməkçi tapacaqsınız. Nüfuzlu insanlardan dəstək alsanız, irəliləyişiniz sürətlənəcək.
Təşəbbüs üçün yaxşı gündür. İdeyalarınızı səsləndirin, müzakirə edin. Problemlərin qeyri-standart həll variantlarını təklif edin. Bu gün nə qədər çox diqqət cəlb etsəniz, mövqeləriniz bir o qədər möhkəmlənər.
Dostlarla görüş və romantik təmaslar üçün yaxşı gündür.
Yeni tanışlığa güvənməyin. Bu gün başlanan təmasın ciddi əlaqəyə dönmə şansı çox azdır.
Tərəzi - əlverişli və maraqlı gündür. Asanlıqla uğur əldə edə bilərsiniz. Yeni tanışlıqlar peşəkar fəaliyyət və şəxsi münasibətlər baxımından perspektivlidir. başladığınız işləri uğurla bitirməyə çalışın. Çoxdan bəri reallaşdırmağa çalışdığınız niyyətinizi bu gün həyata keçirə bilərsiniz.
Sənədləşdirmə, dövlət qurumlarının nümayəndələri ilə danışıqlar üçün uğurlu zamandır.
Günün ikinci yarısında yaşam potensialı səviyyəsi aşağı düşəcək. Əvvəlki günlərlə müqayisədə daha tez yorulacaqsınız. Özünüzü çox yormayın, orqanizminizi sınağa çəkməyin.
İfrata varmayın.
Əqrəb - özünüzü yaxşı hiss etmək və nikbin çalışmaq üçün aktiv fəaliyyət göstərin. Bir yerdə oturmayın. Belədə yaxın ətrafınızdakı insanlar da sizinlə hesablaşacaqlar.
İşgüzar danışıqlar üçün əlverişli zamandır.
Siyasi və ictimai proseslərə maraq arta bilər.
Gerçək şərait və yaxınlarınızın mövqelərini qulaqardına vuraraq planlarınızı reallaşdırmağa çalışmayın. Belə olarsa, sizi təəssüf və nigaranlıq gözləyir.
Ailə üzvləri ilə təmaslarda diqqətli olun. Ev işləri ilə məişət qayğılarını unutmayın.
Oxatan - emosional baxımdan çətin gündür. Mövcud problemlərə yeniləri əlavə olunur. Səbrli olun, təmkinli davranın. Çətinliklərin sayını könüllü şəkildə artırmayın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərin axarına rəğmən məntiqli olun. Sizə rəğbət bəsləyən insanlara şübhə bəsləməyin.
İşdə ciddi olun ki, təşəbbüslə çıxış edə biləsiniz. Mövqelərinizi qoruyun, fikrinizdən dönməyin. Hər şeyə rəğmən uğurlara nail ola bilərsiniz.
Maliyyə situasiyasında müsbət dəyişikliklər ola bilər.
Oğlaq - qətiyyət və inadkarlıq tələb olunan işlərdə uğur qazanacaqsınız. Risk etmək, yeni işə başlamaq olar. Görüləsi iş ilk əvvəl çətin, hətta mümkünsüz təsir bağışlasa belə, ruhdan düşməyin. İnadla çalışsanız, nailiyyətlər əldə edəcəksiniz. Vəziyyət gərginləşəndə sakit davranmaq, emosiyalara hakim olmaq çətindir. Soyuqqanlı olun.
Günün ikinci yarısında çoxdankı arzularınızdan biri reallaşa bilər. Rahat və asudə ünsiyyət zamanıdır. Taleyin sizi qarşılaşdırdığı insanlarla dil tapın.
Anlaşma və sövdələşmələr üçün əlverişli zamandır.
Dolça - müsbət təmayüllərin təsiri güclənir. Gün rahat və uğurludur. Çox çalışın, səy göstərin. Əməyinizin bəhrəsi özünü çox gözlətməyəcək.
Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Qəbul etdiyiniz qərarların düzgün və orijinal olmasına çalışın.
Praktiki, rasional təfəkkürlü insanlarla çalışmağa üstünlük verin. İllüziyalar və hisslər dünyasına qapılan şəxslərdən kənar durun.
Yeni işə, layihəyə, münasibətlərə başlamaq üçün əlverişli zamandır. İntuisiyanızın səsinə qulaq asın.
Balıqlar - maraqlı görüşlər, məhsuldar danışıqlar günüdür. Mövqeyinizi həssas şəkildə bildirin. Önəm verdiyiniz insanları özünüzdən narazı salmayın.
İşdəki uğurlarınızı rəhbərlik görməsə də, az sonra mükafat və ya gəlir əldə edəcəksiniz.
İrəliləyiş gözlənilməz olacaq.
Yaşam arealında qayda yaratmaq üçün çalışmaq gərəkdir. Təmir və ya köçə başlamaq olar. Yaxın ətrafınızdakı insanlarla müqayisədə daha enerjili, daha diqqətli olun. Yaxınlarınızı astagəllikdə, ətalətdə suçlamayın.
Sərt davranmayın.
Milli.Az
Fazil Mustafadan daha bir açıqlama: "Mənə dəyən güllələr qalmayıb, deşik açıb, keçib"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Dənizdə suyun səviyyəsi qalxdı, bu rayonu yenə su basdı - FOTOLAR
"Qalatasaray"ın ulduzu afrikalı sevgilisi ilə evlənib
Müxalifləri ölümlə təhdid edən şəxs gərginlk yaratdı - Vəkil "bu həyasız adamın cəzalandırılması üçün hər şeyi edəcəyik" dedi
TRT aktyoru serialdan uzaqlaşdırdı - Məşhur aktyor deputatlığa namizəd oldu (Açıqlama)
Türkiyədə ard-arda daha 3 zəlzələ olub
Şirvanda Əmək yarmarkası keçirilib - FOTOLAR
Təşkilat sədri: "Əlimizdə dəqiq məlumatlar var..." - FOTO
BU MAŞINLARIN AZƏRBAYCANA GƏTİRİLMƏSİ QADAĞAN OLUNDU - Qərar
Kılıçdaroğlu Məhərrəm İncə ilə bir arada: "Ərdoğan yorğundur, getməlidir" - "Köroğlu kimi vuruşmaya davam edəcəyik" (Yenilənib)
İSRAİLDƏKİ SƏFİRLİYİMİZİN AÇILIŞI OLDU - Nazir və deputatlar açılışa qatılıblar (FOTOLAR/Yenilənib)
LAÇIN YOLUNDA AKSİYADAN 108 GÜN ÖTÜR: etirazlar davam edir, erməni ailələri ərazidən maneəsiz keçirlər (Yenilənib)
Ərdoğanın ittifaqı: parlament seçkisinə 4 partiya birgə siyahı ilə gedir? - "İlk turda hər iki seçkini qazanacağıq"
Prezidentin köməkçiləri, şöbə müdirləri... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Ərəblər "Fənərbaxça"nın baş məşqçisinə görə kisənin ağzını açır
Ceyhun Bayramov Netenyahu ilə müzakirə aparıb - FOTO
Klub rəhbəri federasiya prezidentinin üstünə "yubka" atdı: "Al, geyinərsən..." (FOTO)
Qırğız nazir Şahin Mustafayevi qəbul edib
“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycanda COVİD-19-a yoluxma sayı artır: daha 3 nəfər ölüb
İran Yunanıstanda terror törətməyə cəhd göstərib - Afinada İrana işləyən 2 pakistanlı həbs olunub, üçüncü isə axtarışdadır
Bakıda “Azərbaycanlıların soyqırımının tarixi, siyasi və hüquqi əhəmiyyəti” adlı konfrans keçirilib
Ağstafada qətl: 14 yaşlı uşağı kim öldürüb?
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Hava ilə bağlı daha bir xəbərdarlıq edildi
PREZİDENTİN KÖMƏKÇİSİ FAZİL MUSTAFANI ZİYARƏT ETDİ, AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞDÜ - Açıqlama
Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliyi təsdiq edib
"Turan Tovuz" Denis Marandiçilə müqavilənin müddətini uzatdı
Ərdoğan: "Türkiyə demokratiya və inkişaf yoluna davam edəcək"
Deputata sui-qəsd izi... - Təhlil
Nazirlik əhaliyə xəbərdarlıq etdi - Hava ilə bağlı xəbərdarlıq
Daha 88 dövlət əmlakı hərraca çıxarılacaq
Əli Əsədov Rusiya rəsmisi ilə görüşüb - Müzakirə (FOTO)
Məhkəmə həbsdə olan icra başçısı barədə yeni qərar verdi
TƏBİB: "Fazil Mustafanın müalicəsi davam edir"
ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edib
Prezident İlham Əliyev sərəncam imzaladı
Dövlət Vergi Xidmətindən - Xəbərdarlıq
Komitə sədri: "Dərman istehsalı məsələsində biz xeyli geri qalmışıq"
Sabahın hava proqnozu açıqlandı