Zahid Oruc Avropa Məhkəməsini qınadı və geniş əfvin anonsunu verdi - "Ölkədə əmlak və mülkiyyət toxunulmazlığı ilə bağlı problemlər var"
25-01-2023 [14:56]
"Ölkədə vətəndaşların əmlak və mülkiyyət toxunulmazlığı ilə bağlı müəyyən problemlər var".
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında deyib.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra hallarda Azərbaycanla bağlı kommunikasiyanın başlanması ilə bağlı siyasi qərarlar verdiyini deyən deputatın sözlərinə görə, bəzən məhkəmələr hüquqi müstəvidən kənar addımlar atırlar: “Təxminən 2014-2015-ci illərdə bir mənzili 3-4 şəxsə satan tikinti şirkətləri ilə bağlı qanunvericilik qəbul edilib. Uzun müddət keçməsinə baxmayaraq heç bunu yada salan da yoxdur. Baxmayaraq ki, aidiyyəti qurumlar bu sahədə qanunu pozan tikinti şirkətləri barədə müvafiq addımlar atıb. Amma vətəndaşın buna heç bir xeyri yoxdur. Onlar illərlə verdikləri vəsaitin nə vaxt geri qaytarılacağını gözləyirlər”.
Deputat çıxışında onu da qeyd edib ki, Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamı imzalanacaq: "360-dan çox sənədə baxılıb. Düşünürəm ki, iclaslar may ayına kimi davam edəcək”.
Zahid Oruc daha sonra istintaq təcridxanasındakə vəziyyətə toxunub.
Deyib ki, vətəndaş istintaqa çəlb olunubsa, onun təqsirləndirilən şəxs kimi istintaq təcridxanasında saxlanmasının müddəti var: “Cinayət qanunvericiliyində bu müddət 13 aydır. Əgər şəxs ağır cinayət hadisəsi törədibsə bu halda həmin məhkəmə qurumu 6 ay möhlət istəyə bilər. Sovet dövründə cəmi 6 aya şəxslə bağlı ya hökm çıxarılmalı idi, ya da azadlığa çıxmalı idi. İndi isə 19 aydan çox istintaq təcridxanasında saxlanılan şəxslər var. Bu necə ola bilər?! Bu, vətəndaşın azadlıq hüququn pozulması deməkdir. Belə nümunələr çoxdur. Vətəndaş bilmir ki, real olaraq günahkardır yoxsa yox. Birdən sabah sübut olunur ki, vətəndaşın həmin məsələdə hər hansı günahı yoxdur. Bütün bunları nəzərə alaraq cinayət qanunvericiliyinin icra vəziyyətinə dair dinləmələrin keçirilməsi komitəmizin yaz sessiyası üçün iş planına məsələ daxil edilib”.
Lamiyə,
Mia.az
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO