"Çarəsiz vəziyyətdəyik, hərə bir bəhanə ilə bizi yola verir" - Naxçıvanda işçilərin maaşları iki aydır niyə verilmir?
25-01-2023 [11:25]
Naxçıvanda bəzi dövlət idarə və müəssisələrinin maaşları iki aydır verilmir.
Mia.az xəbər verir ki, bura muxtar respublikadakı Tikinti, Təmir və Abadlaşdırma idarələri də daxildir.
Bu idarələrin işçiləri noyabr ayından bəri maaş almadıqlarını bildirirlər.
Mia.az xəbər veirr ki, yaranmış vəziyyətlə bağlı "Feysbuk"dakı “Gündəlik Naxçıvan”a işçilər açıqlama veriblər.
Babək rayon Tikinti, Təmir və Abadlaşdırma İdarəsində çalışan Əli Quliyev deyir ki, bununla bağlı rəhbərliyə müraciət etsələr də, nəticəsi olmayıb: “Yanvar ayı bitir. Naxçıvanda bütün rayonlarında Tikinti, Təmir və Abadlaşdırma idarələrində hələ də noyabr və dekabr ayının maaşını işçilər ala bilməyiblər. Gah dedilər maliyyə naziri həbs olunub, pulların keçməsi üçün imza atan yoxdur. Sonrada dedilər yoxlama var, bitsin verəcəyik. Bu gün sabah edirlər. Başqa gəlir yerimiz yoxdur. Ailə-uşağımız var. Maaşların bu qədər yubadılması işçilər üçün əməlli-başlı problemlər yaradıb".
Əli Quliyev deyir ki, yanvarın 18-də idarənin qarşısında bir qrup işçi toplaşaraq rəhbərlikdən maaşların verilməsini tələb ediblər. Onlara söz verilib ki, bir-iki günə maaşları veriləcək: "Deyilənlərə inanmırıq. Çünki, yoxlamalar zamanı adı çəkilən idarədə də milyonlarla vəsaitin talan olması üzə çıxıb. Yəqin ki, bu pulların bir qismini bizdən çıxmaq istəyirlər".
Naxçıvan şəhər Tikinti, Təmir və Abadlaşdırma idarəsində işləyən Fərəməz Qəmbərov da maaşlarının verilməməsindən şikayət edir:
“İki aydan çoxdur ki, maaş ala bilmirik. İdarədə yoxlamalar aparıldığı bildirildi. Sonra Naxçıvan şəhər Tikinti, Təmir və Abadlaşdırma İdarəsinin müdiri Xaləddin Rüstəmovun həbs olunma xəbəri yayıldı. Hələ də yoxlamaların getdiyi deyilir. Bir-iki günə veriləcək deyə- deyə iki ay keçir. Aldığım 600 manatdır. Ailənin təminatını ödəmək üçün məcbur qalıb min manat borc almışam. İndi borclular da pulunu istəyir. Banka da borcum var. Yenidən kredit də vermirlər. Nə edəcəyimi bilmirəm".
Şikayətçilər bildirir ki, maaşların verilməməsi ilə bağlı 10 gün əvvəl Naxçıvan Ali Məclisə şikayət də ediblər. Qəbul şöbəsində araşdırlacağına söz verilsə də, nəticə yoxdur. Bu səbədən, onlar Ali Məclisin qarşısında kütləvi aksiya keçirməyi planlaşdırırlar.
Samir,
Mia.az
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO