Blinkenin zəngi, yaxud Bakı artıq səbrinin hədlərini müəyyən edir - TƏHLİL
24-01-2023 [13:18]
Aqşin KƏRMOV
Şərhçi
***
Rusiyanın Ruben Vardanyanı Qarabağda saxlamaq cəhdləri, Qərbin Şuşa-Xankəndi yolundakı aksiyalara “humanitar fəlakət var” bağırtısı səpkisində münasibəti regiondakı etimad mühitini şübhə altına alır.
ABŞ Dövlət katibi Antoni Blinken bu şübhələri öz dövlətinin məntiqi ilə dağıtmaq üçün yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Diplomatik təmaslar etibarlı həll variantıdır, amma təhlükəsizlik qavrayışlarındakı fərqlər tənzimləmələri axsadır.
Azərbaycan tərəfinin telefon danışığına dair yaydığı rəsmi informasiyada Blinken-Əliyev danışığının gərgin keçdiyini göstərən əlamət var.
ABŞ ilə Azərbaycan insan hüquqlarına yanaşma məsələsində heç cür çəkici eyni nöqtəyə vurmurlar.
Çünki Vaşinqton bu mövzunu qlobal ekspansiya siyasətinin mərkəzində tutur, Azərbaycan isə eyni məzmuna konstitusion hüquq kimi baxır.
Yəni Azərbaycan Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini və hüquqlarını öz Konstitusiyasının tələbləri çərçivəsində görürsə, ABŞ bunu fərqli meyarla dəyərləndirir.
Belə fərqlər ABŞ ilə Azərbaycan münasibətlərindəki mübahisəli tezislərin başında dayanır, lakin iki ölkənin tərəfdaşlığı və əməkdaşlığına zərbə vurmaq qabiliyyətinə yüksəlmir.
Azərbaycanın Blinken-Əliyev danışığı haqqında yaydığı rəsmi məlumatda Prezidentin dövlət katibinə Laçın yolundakı vəziyyəti daha çox izah etdiyinə diqqət ayrılıb.
ABŞ Dövlət Departamenti isə məlumatında Blinkenin “humanitar böhran riskləri” tezisini qabardıb və Laçın yolunun təcili olaraq nəqliyyat üçün açılmasını istədiyini önə çıxarıb.
Dövlət Departamentinin məlumatında bir məqamın altından qırmızı xətt çəkilə bilər. Bu həmin cümlədir ki, Blinken Əliyevi Ermənistanla münasibətlərin tənzimlənməsi üçün səyləri ikiqat artırmağa çağırıb.
Həmin cümlənin özü də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iplərin Azərbaycanın əlində olduğunun bəyan edilməsidir.
ABŞ bilir ki, Azərbaycan sülh alətlərinin effektiv olması üçün həmin modeli Ermənistana təzyiqlərlə inkişaf etdirir. Azərbaycanın Ermənistana təzyiqləri ilə Rusiyanın İrəvana basqıları arasında fərqlər olsa da, ümumi yanaşmada Bakı ilə Moskvanın xətləri birləşir.
ABŞ-ni sarsıdan Kremlin Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazdakı yerindən bərk yapışmasıdır. Azərbaycan isə burada Rusiyaya müttəfiq nəzərilə baxmır, sadəcə, təhlükəsizlik səbəbi ilə bəzi nüanslarda Moskva ilə razılaşmaların vacib olduğunu dərk edir.
Bakının balanslı məntiqi Vaşinqtona münasibətdə də özünü göstərir, yəni yeri gələndə Rusiyanın regiondakı ambisiyalarının səsini azaltmaq üçün Vaşinqtonla əməkdaşlıq ruhu yenilənir.
Lakin Azərbaycanın tutduğu mövqe Rusiya ilə ABŞ-nin bir-birilə mübarizəsini zəiflətmir, ən çətini isə onların Azərbaycanla yanaşı, Türkiyəni də öz tərəflərində tutmaq üçün atdıqları addımlardır.
İki qütbün uclarında dayanan Moskva ilə Vaşinqton Türkiyəni bir-birinə qarşı rəqabətdə tarazlaşdırıcı güc kimi görürlər, amma Ankara tərəzinin gözünü Rusiyaya doğru əyir.
Regionun Azərbaycan-Türkiyə-Rusiya, yoxsa Azərbaycan-Türkiyə-Qərb üçbucağının içərisinə alınması mövzusunda ABŞ-nin narahatlıqları var. Türkiyə NATO üzvü olsa da, Rusiya ilə qurduğu əməkdaşlıq sferası ilə Ağ Ev regiondakı gücünü itirir.
Ona görə ki, ABŞ-nin Cənubi Qafqazdakı hədəflərinə çatmasında Türkiyənin böyük rolu var, hərçənd ki, Ankara Qərbin ona qarşı həmlələrindən dolayı ağırlığı Moskvanın üzərinə salır.
Ağ Ev buna özünün regional qara günləri kimi baxır və həmin yanaşma Azərbaycanla münasibətlərə təsirsiz ötüşmür.
Bütün bunlara rəğmən, ABŞ ilə Rusiyanın ulduzu Vardanyanın obrazında barışır – məsələyə yanaşmalarda fərqli meyarlar olsa da.
Rusiya Vardanyanı Qarabağda daha böyük layihənin icrası üçün “məşq etdirir”, ABŞ isə Vardanyandan erməni hüquqlarının müdafiəsinə bəhanə tapmaq üçün istifadə edir.
Azərbaycan Vardanyan rudimentinin siyasi yollarla kəsilib atılmasında maraqlıdır, ancaq bu dəfə Ermənistanla sərhədlərin müəyyənləşməsi məsələsində problemlər ortaya çıxır ki, Bakı hərbi tətbiqləri gündəliyə daşıyır.
Blinkenin Əliyevə çağırışındakı İKİ QAT Azərbaycanın danışıqlarda hərbi güc amilini qabartdığını göstərə bilər. Blinken, mümkündür ki, Azərbaycan tərəfini sakitləşdirmək üçün Əliyevə zəng edib, Bakı isə artıq səbrinin hədlərini müəyyən edir.
Mia.az
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - VİDEO
"Show TV"dən kuryoz qərar: məşhur aparıcı keçmiş ərinə görə kanaldan uzaqlaşdırıldı - "Qurban edildim..."
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir