Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?

img

19-01-2026 [13:58]


UEFA Çempionlar Liqasının 7-ci turunda "Qalatasaray" Atletiko Madrid"i qəbul edəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Baş məşqçi Okan Buruk indidən matçın əsas heyətini formalaşdırmağa çalışır.

Məlumata görə, İstanbul klubunun baş məşqçisi ən azı ilk 24-lüyə qalmaqla, liqada yola davam etmək istədiyi üçün bu matça "ölüm-dirim" "döyüş"ü kimi yanaşır:  "Baş məşqçi qapını yenə Uğurcan Çakıra tapşıracaq. Müdafiənin sağ cinahında Roland Sallai, sol cinahında Eren Elmalı, mərkəzdə Davinson Sançez və Əbdülkərim Bardakçı cütlüyü oynayacaq. Yarımmüdafiə xəttində isə Yunus Akgünün Lukas Torreyra - Mario Lemina duetinin qarşısında oynaması gözlənilir. Hücumun sağ cinahında Leroy Sane, sol cinahında isə Barış Alper Yılmaz, mərkəzdə isə Viktor Osimhen tər tökəcək"

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA