Azercell 4G Naxçıvanda! 

img

22-01-2023 [17:37]


“Azercell Telekom” MMC şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi çərçivəsində Naxçıvanda 4G şəbəkəsinin quraşdırılmasına start verib.

Mia.az xəbər verir ki, lider mobil operator 2023-cü il ərzində Naxçıvan Muxtar Respublikasının bütün ərazisini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırır. 

Xatırladaq ki, ötən ilin avqust ayında Azercell şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə irimiqyaslı layihəyə start verib.  Şirkət 2022-ci il ərzində Bakı və Abşeron ərazisində 55, bölgələrdə isə 50 yeni baza stansiyasını quraşdırıb, ölkə üzrə 1050-dən çox baza stansiyasında təkmilləşdirmə işləri aparıb. İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quraşdıran lider operator Qarabağda 100-ə yaxın baza stansiyasını istifadəyə verib. 
 
Qeyd edək ki, layihə çərçivəsində Azercell Azərbaycanda 300-dən çox yeni baza stansiyasını quraşdırmağı və 1600-ə yaxın mövcud baza stansiyasında təkmilləşdirmə işləri aparmağı planlaşdırır. 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA