LAÇIN YOLUNDA AKSİYANIN 41-ci GÜNÜ: yol açıqdır, maşınlar sərbəst gəliş-gediş edir

img

21-01-2023 [18:05]


41 gündür Laçın yolunda azərbaycanlı fəalların ermənilərin ekoloji terroruna qarşı etirazı davam edir.

Mia.az xəbər verir ki, etirazçılar ekoloji terrora qarşı şüarlar səsləndirir, dünya birliyinin diqqətini Qarabağ iqtisadi rayonunda faydalı yataqları erməni işbazlarının ekologiyaya ciddi zərbə vurmaqla qanunsuz istismarına yönəldir.

Onu da qeyd edək ki, 41 gündür ermənilərin "azərbaycanlılar Xankəndiyə gedən yolu bağlayıb" kimi böhranları da əsassızdır. Yol hər iki istiqamətdə humanitar məqsədlər üçün tam açıq və gediş-gəlişlidir. 

Bu gün saat 10-dək sülhməramlıların 4,  Beynəlxalq Qızıl Xaç Komitəsinin isə 7 avtomobili Xankəndi-Laçın yolundan sərbəst hərəkət ediblər.

Saat 18.00-a olan məlumata görə, bu gün Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 33-ə çatıb.

Zülfiyyə,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA