"May ayınadək Putin-Əliyev-Ərdoğan ittifaqı..." - Elxan Şükürlüdən Avropa Parlamentinin qətnaməsinə reaksiya
19-01-2023 [21:35]
"Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının sayının və müddətinin artırılması qərarının ardınca, Avropa Parlamenti də Azərbaycanın “Laçın dəhlizi”ni blokadada saxladığı bəhanəsiylə ölkəmiz əleyhinə növbəti qətnaməsini qəbul etdi".
Mia.az xəbər verir ki, məsələyə şərh verən siyasi şərhçi Elxan Şükürlünün sözlərinə görə, Qərbdən ölkəmiz əleyhinə məhz belə bir kampaniyanın başlanacağını gözlənilən olub: "Oyuncağa çevrilmiş Avropa İttifaqı təsisatlarında bu cür qərarlar veriləcəyini yanvarın 10-da yerli telekanallara müsahibəsində dövlətin ən məlumatlı şəxsi - Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə dilə gətirmişdi. Üstəlik, onu da xüsusi vurğulamışdı ki, Ermənistan bu havadarlarına arxalanıb sülh müqaviləsinin imzalanması prosesini yenə də uzadacaqsa və bu məqsədlə yeni təxribatlara əl atacaqsa, Azərbaycanın cavabı daha sərt olacaq.
Görünən odur ki, hazırda ABŞ və Avropa İttifaqı təmsilçilərinin Ermənistana intensivləşən səfərləri, atdıqları bütün addımlar Azərbaycanın yeni hərbi əməliyyatlara başlamaq riskini önləməyə və Paşinyan hakimiyyətini, ən azından, Türkiyədəki seçkilərin nəticəsi bilinənədək, qoruyub saxlamağa hesablanıb.
Çünki Qərbin beyin və təbliğat mərkəzləri Türkiyədəki seçkilərin regionun qədərini birdəfəlik müəyyənləşdirəcəyi, prezident Rəcəb Tayyib Ərdoğanın seçilməyəcəyi təqdirdə, 2020-ci ilin 44 günlük savaşında daha qabarıq görünən Rusiya-Türkiyə-Azərbaycan ittifaqının pozulacağı, beləliklə də, Cənubi Qafqazın tam şəkildə Qərbin təsiri altına keçəcəyi qənaətindədirlər".
Elxan Şükürlünün fikirincə, hazırda Türkiyə, xüsusən də Ərdoğan əleyhinə Qərbin himayəsi altında olan aidiyyəti mərkəzlərin hamısı aktiv hala gətirilib və ehtimal ki, qardaş ölkədə may ayına planlaşdırılan seçkilərin pozulması, qarışıqlığın yaranması və ona maksimum dərəcədə anti-demokratik rəng vurulması üçün də hər şeyə gediləcək: "May ayınadək Putin-Əliyev-Ərdoğan ittifaqı Ermənistanı Azərbaycanla sülh sazişini imzalamağa vadar edə biləcəksə, şübhəsiz ki, bu, Ərdoğanın seçki reytinqinə də çox müsbət təsir göstərəcək və Ərdoğanı yıxmağa çalışan Bayden administrasiyası həm də bu səbəbdən Paşinyanı Azərbaycanla sülh sazişini imzalamaqdan yayınmağa təhrik edir".
Şərhçi qeyd edir ki, bu işdə ən böyük missiyalardan birinin də Qərbin 30 il boyunca Azərbaycanda yetişdirib bəslədiyi, siyasi himayəyə götürdüyü və maliyyələşdirdiyi şəbəkəyə həvalə edildiyi aydınca görünür: "Bu şəbəkə 2 ildir Azərbaycan hakimiyyətini açıq şəkildə Rusiya amili ilə, Putinin planlarını yerinə yetirməkdə şantaj edərək, ictimai rəyi məqsədli şəkildə hökumət əleyihnə yönləndirməyə və Silahlı Qüvvələrimizi Ermənistanı yeni sülhəməcburetmə əməliyyatından çəkindirməyə çalışır. Elə hazırda Avropa İttifaqının müşahidə missiyasının Ermənistanda sayının artırılmasına və Avropa Parlamentinin ölkəmiz əleyhinə qətnaməsinə də Paşinyanla birgə ən çox sevinən, şadyanalıq edənlər də onlardır. Azərbaycan hakimiyyəti Qərb ölkələrinin və ölkəmizdəki Qərb şəbəkəsinin bu şantaj və təhdidlərindən çəkinməməli, Rusiya-Ermənistan münasibətlərindəki gərginlikdən yararlanaraq, tezliklə yeni hərbi təzyiq vasitəsiylə Paşinyanı üzərinə götürdüyü öhdəliklərin icrasına vadar etməlidir. Əks halda, Rusiyaya qarşı yeni bir cəbhənin açılmasına çalışan Qərbə həm Ermənistan, həm də Türkiyə ilə bağlı istəklərini yerinə yetirməkdə yeni fürsətlər qazandırmış olacağıq".
Mia.az
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb
Prezident İlham Əliyev İsveçrədə - FOTOLAR
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - VİDEO
"Show TV"dən kuryoz qərar: məşhur aparıcı keçmiş ərinə görə kanaldan uzaqlaşdırıldı - "Qurban edildim..."
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi